AZAL təyyarəsi ilə bağlı hər şey MƏLUM OLDU
Qurban Qurbanov AFFA-dan ayrılır?
Bakıdan kənarda torpaq niyə bahalaşıb?
Vətən müharibəsi qazisinin meyiti TAPILDI
Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları OVLAYIBLAR?
“Oleq Bakinski“ nədə ittiham olunur?
Azərbaycanda referendum keçiriləcəyi təsdiqlənir
Həkimlər etiraza qalxdı: “Biz qatil deyilik…”
Hökumənin həyat yoldaşı kompensasiyadan imtina edib?
“TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR?


24.01.2025  18:14 

Həkimlər etiraza qalxdı: “Biz qatil deyilik…”





A+  A-

Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurovanın ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.

XəzərNews.az “Medicina”ya istinadən xəbər verir ki, bu məsələ bir çox həkimləri sarsıdıb. Onlar kolleqalarının belə həbs olunmasına etiraz edərək, Sənan Mehtiyevə dəstək nümayiş etdiriblər.

“Biz qatil deyilik…” mesajı ilə ilk olaraq LOR cərrah, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli mətbuatda müraciət ünvanladı.

"Ölkədə 600-ə yaxın LOR həkim var. Sənan mübaliğəsiz içimizdə nəzəri savadı da ən yaxşı olanlardan biridir. Əməliyyatdan bir neçə gün sonra vəfat edən bir xanım pasientin ölümündə Sənanın səhvi varmı-yoxmu, istintaq mövzusudur. Dünən saxlanılması, bu günsə məhkəmədə haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçilməsi xəbərini oxuduq. Sənan həkimdir, xüsusi təhlükəli cinayətkar deyil. Məhkəməyə kimi azadlıqda olması istintaqdan yayınma, ya da təsir etmə imkanı verirdimi, haqqında başqa tədbir seçilə bilərdimi? İnsanın bildiyim (tanıyanların da qeyd etdiyi) tək əksikliyi bir qədər kobud olmasıdır, vəssalam!"

Eyni dəstəyi digər həkim, kardioloq Günay Rəhimova da göstərib:

“Həkim Sənan Mehdiyevin həbsinə etiraz edirəm. Avropa qanunlarına əsasən, konvensiya üçüncü şəxslərə qarşı cinayət işinin qaldırılmasını tələb etməsə də, 2-ci maddə ilə yaradılması tələb olunan effektiv məhkəmə sistemi cinayət hüququna müraciət edə bilər. Əgər yaşamaq hüququ qəsdən edilmiş əməllərin nəticəsində baş verməyibsə, 2-ci maddə ilə nəzərdə tutulan effektiv məhkəmə sisteminin yaradılmasına dair pozitiv öhdəlik cinayət-hüquq vasitələrindən istifadəni tələb etmir.
Eyni zamanda, ölmüş şəxsin ailəsi mülki iddia verib, bunun həlli məqsədilə qarşı tərəfdən kompensasiyanı qəbul edirsə, o artıq qurban statusunu itirmiş olur. Biz sizin həyatınızı xilas edənlərik, qatil deyilik!”.


Ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev də etiraz edənlərə qoşulub:

“Sənan doktorun necə professional və təcrübəli bir həkim olduğunu hamı bilir. Hər həkimin xəstəsi ağırlaşa və ya ölə bilər, heç bir həkim bunu istəməz. Minlərlə uğurlu əməliyyat edən insanı ekspertiza rəyi çıxmadan həbs etmək doğru deyil, araşdırma bitənə qədər iş fəaliyyətindən kənarlaşdırmaq məncə, daha ədalətli cəza olardı. Həkimləri sıxan, əzən, aşağılayanlar çox, müdafiə edən qurum təəssüf ki, yoxdur. Biz qatil deyilik!”.

Uzman LOR Aydın Talışinski Sənan Mehdiyevi tanımasa da, kolleqaları ilə həmrəy olduğunu bildirib.

“Üzücüdür, lakin bütün dünyada belə risklər var. Həkimin həbsini pisləyirəm, belə bir şey yoxdur. Artıqdır”.

Qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsi uzmanı, doktor Tacəddin Muradlı da həmkarının həbsini pisləyir:

“Onlarla “diplomsuz doktorcuklar” onlarla xəstə ölümünə səbəb olub, sosial şəbəkələrdə hoqqa verməyə davam etdiyi bir zamanda, həqiqi bir mütəxəssisin günahı varmı, yoxmu, daha şübhə altındaykən həbsə atılması professionallıq və ədalət adına çox acı bir durumdur… Heç bir həkim xəstəsinin ölümünə səbəb olmaq istəməz…”

LOR cərrah Fərid Əliyev də əməliyyata girən heç bir şəxsin bu cür hallardan sığortalanmadığını bildirir:

“Sənan doktoru tanıyanlar bilir nə dərəcədə təcrübəli və bilikli biridir. Heç bir həkim xəstəsinin barmağının belə qanamasını istəməz. Dünyanın ən inkişaf etmiş ölkələrində belə əməliyyata girən heç bir xəstə sığortalanmayıb. Ölən gənc xanıma Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm! Acılarını başa düşürük! COVİD pandemiyası və müharibə dönəmində həkimlərin etdiyi qəhrəmanlıqlar göz qabağında idi. İnsanların çölə çıxmağa risk etmədiyi dönəmlərdə həkimlər xəstələri müalicə edir və özlərini ölüm riski ilə üz-üzə qoyurdular. Çünki bu bizim həkimlik borcumuzdur. Ekspertiza rəyi çıxmadan həkimi həbsə göndərməyi düzgün hesab etmirik, ən azından işindən uzaqlaşdırmaq və ya ev həbsi verilə bilərdi!”

Xatırladaq ki, Sənan Mehdiyev məhkəmə qərarı ilə məhkəmə zalından həbs edilib.
İstintaq davam etdirilir.

Xəbər 779 dəfə oxunub.




25.01.2025  00:52 

Qurban Qurbanov AFFA-dan ayrılır?

24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB

24.01.2025  15:19 

Ukrayna Ryazanı alova bürüdü

24.01.2025  15:15 

Məşhur jurnalist vəfat ETDİ

24.01.2025  14:46 

Pezeşkian azərbaycanca danışdı


BÜTÜN XƏBƏRLƏR +