Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları OVLAYIBLAR?
“Oleq Bakinski“ nədə ittiham olunur?
Azərbaycanda referendum keçiriləcəyi təsdiqlənir
Həkimlər etiraza qalxdı: “Biz qatil deyilik…”
Hökumənin həyat yoldaşı kompensasiyadan imtina edib?
“TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR?
Ləman Əliyevanın həyat yoldaşı da işdən çıxıb
Azərbaycanlı yeniyetmə niyə İNTİHAR EDİB?
Evlənmək istəyənlərin NƏZƏRİNƏ!
Ceyran ovlayan şəxs nazirliyin işçisi olub?


24.01.2025  10:40 

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək





A+  A-

Aprelin 24-25-də Azərbaycan növbəti kosmik tədbirə – Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference STC-2025) ev sahibliyi edəcək.

Bu barədə XəzərNews.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir nazirliyin yanında Kosmik Agentliyin ("Azərkosmos”) “Dialogue Events Ltd.” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün unikal bir platformadır.

Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq.

Konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirəcək. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatılacaq.

Artıq dördüncü dəfə keçiriləcək “STC” konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Konfransda "Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi", "Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu", "Kosmik sənayedə innovasiya və investisiyalar", "Kiçikölçülü peyklər", "Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası", "Regional çağırışlar üçün peyk texnologiyalarının rolu" kimi aktual mövzulara toxunulacaq.

Qeyd edək ki, konfransdan bir gün əvvəl – 23 apreldə Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin növbəti toplantısı keçiriləcək.

Tədbir və qeydiyyat haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

Xəbər 972 dəfə oxunub.




24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB

24.01.2025  15:19 

Ukrayna Ryazanı alova bürüdü

24.01.2025  15:15 

Məşhur jurnalist vəfat ETDİ

24.01.2025  14:46 

Pezeşkian azərbaycanca danışdı


BÜTÜN XƏBƏRLƏR +