İlham Əliyevdən Davos paylaşımı
Diqqət: Bəzi ərazilərdə işıq olmayacaq
Yük avtomobili yandı: 14 ton qida məhv oldu
Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?


22.06.2023  13:35 

Bu dövləti niyə gözdən salır, insanların inamını niyə sarsıdırsınız?





A+  A-

Allah bu məmləkəti və bu dövləti trolların cızma-qaralarından qorusun!

Gədəbəyin Söyüdlü kəndində yaşananlar informasiya siyasətimizdəki boşluqları bir daha üzə çıxardı. Yenə sübut olundu ki, bəzi rəsmi qurumların bəslədiyi trol ordusu ilə, ümumiyyətlə trolçuluqla bu iş yürüdülməz. Dövlətə də, onun rəhbərinin gördüyü işlərə də ən böyük zərbəni məhz bu trollar vurur, müsbət işləri də gözdən salır.

Bu istedadsız və savadsız trolların 9 manat 40 qəpik, 8 manat 75 qəpik qarşılığında yazdıqları cızma-qaralar insanları daha da aqressivləşdirir, dövlətə inamını azaldır.

Dövlət başçısı göstərir, ortaya fakt, statistika qoyur, regionlarımızın inkişaf etdiyini deyir, bəzi rəsmi qurumların trol və trolçələri əynindəkiləri başlarına çəkib hay salır, Söyüdlüdə pankartın hazırlanmasının qeyri-mümkün olduğunu yazırlar. İnkişaf etmiş regionda, abad kənddə 5-6 pankart hazırlamaq niyə təəccüblü görünsün axı?

Dövlətimizin rəhbəri dəfələrlə vurğulayıb ki, Azərbaycan sabitlik adasıdır, buradakı sabitliyi hər hansı daxili və xarici qüvvə poza bilməz, hər şey dövlətin nəzarətindədir.

Trol dəstəsi isə əksini təbliğ edir, Söyüdlüdə ABŞ, Nikaraqua izi axtarırlar. Əgər bu kəndə gecə-gündüz pankart daşınıbsa, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları əl- qollarını sallayıb gəzibsə, sakinlərə dollar paylanıbsa aidiyyəti qurumlar bəs hara baxıb?

Bu dövləti niyə gözdən salır, insanların inamını niyə sarsıdırsınız? Bu trol və trolçə dəstəsinə pul və tapşırıq verənlər, bundan sonra bəlkə yeni yanaşma sərgiləyəsiniz?

Lütfən, onlara yenə pul paylayın, qoy gəlib sizin bağı belləsin, meyvə dərsinlər. Amma yazı yazmağı tələb eləməyin.

Bu dəstə yazdıqca Azərbaycanı və dövləti nüfuzdan, gözdən salırlar...

Etibar Cəbrayıloğlu

Xəbər 21707 dəfə oxunub.




22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +