Ukraynaya qarşı döyüşən azərbaycanlı yaralandı
SİMA AZAL-ın portalına “paz”dır - ŞİKAYƏT
Mal ətinin maya dəyəri daha ucuza başa gəlir - Dövlət Komitəsi
Kadi “Qarabağ”a QAYIDIR?
Rövşən Mehdiyev həbsdə qaldı
Səməd Vurğunun qohumundan Əlisa Nicata CAVAB: Şizofirenik!
Aqil Abbas üzr istədi: “Haqlısınız, deməməli idim“
DYP sürücülərə müraciət etdi
Gürcüstanda qətlə yetirilən azərbaycanlı ilə bağlı AÇIQLAMA
Sabahın HAVAsı: Yağış yağacaq


27.07.2017  11:19 

Komitə torpaqların təyinatını dəyişdi





A+  A-

2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərNews.az-a daxil olan xəbərə görə, bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

Komitə bildirib ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.

Bundan başqa Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Qurum bildirib ki, ümumilikdə respublikada qeyri-neft sektorunun o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilibr. Həmin torpaq sahələri Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.

Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılmış və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.

Xəbər 1743 dəfə oxunub.




04.02.2025  17:32 

Kadi “Qarabağ”a QAYIDIR?

04.02.2025  17:00 

Rövşən Mehdiyev həbsdə qaldı

04.02.2025  15:37 

DYP sürücülərə müraciət etdi

04.02.2025  14:41 

Sabahın HAVAsı: Yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +