İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


26.09.2025  13:00 

Azərbaycan etibarlı dostdur - Deputat





A+  A-

“Mənim üçün Azərbaycan sadəcə dost ölkə deyil. Bu, ailəmin və həyatımın bir hissəsinə çevrilmiş torpaqdır. Ona görə də bu ölkə ilə bağlı hər bir hadisə mənim üçün xüsusi, isti və yaxın hiss olunur. Azərbaycan etibarlı dostdur – genişmiqyaslı işğalın ilk günlərindən etibarən Ukraynanı dəstəkləyib və göstərib ki, əsl qardaşlıq sözlərlə deyil, əməllərlə ölçülür”.

XəzərNews.az xəbər verir ki, bu barədə Boyarka şəhər Şurasının deputatı Alina Qriqoreva Kiyev vilayətinin Boyarka şəhərinin mərkəzində yerləşən Taras Şevçenko adına parkda 2023-cü ilin yazında Azərbaycan–Ukrayna parlamentlərarası İşçi Qrupunun təşəbbüsü ilə salınmış “Birlik xiyabanı”nda keçirilən tədbir zamanı deyib.

Deputat bildirib ki, 2023-cü ilin yazında dostlarımız Azərbaycandan Boyarkaya 20 gənc ağac hədiyyə etdilər və bununla “Birlik xiyabanı”nın əsası qoyuldu:

“2025-ci ilin payızında isə onlar yenidən gəlib daha 10 yeni ting gətirdilər ki, bu xiyaban dostluğumuzla birlikdə böyüsün. Ağacların yanında isə bu tarixi rəsmi şəkildə yaddaşlara həkk edən memorial nişan qoyuldu. Mən səmimi qəlbdən Ukrayna xalq deputatı Volodimir Kreydenkoya, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadova, Azərbaycanın Ukraynadakı konsulu Qalibbəy Ağadaşıyevə və dostumuz Rövşən Hüseynzadəyə təşəbbüsə, dəstəyə, səmimi sözlərə və bu günün həqiqi istiliyinə görə təşəkkür edirəm. Boyarkaya gələrək bizimlə birgə olan bütün Azərbaycan nümayəndə heyətinə sonsuz minnətdarlığımı bildirirəm. Xüsusi təşəkkür Gennadi və Yuliya Raşkovski ailəsinədir. Onlar 2023-cü ildə də, dünən də landşaft işlərini təşkil edib tədbirin hər bir detalını təmin etdilər və bunu hər zaman olduğu kimi yüksək peşəkarlıqla həyata keçirdilər”.

Alina Qriqoreva əlavə edib ki, Boyarka icması açıq dialoq, dostluq və qarşılıqlı hörmət məkanıdır, biz birlikdə elə bir gələcək qururuq ki, orada yalnız sakuralar deyil, həm də ümid çiçəklənir.


Xəbər 4117 dəfə oxunub.




13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +