İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


22.09.2025  23:54 

Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda "Neuberger Berman" şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş "Neuberger Berman" qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.

****

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.

Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını deyib.

Ölkəmizlə "Brookfield Asset Management" şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən "Brookfield Asset Management" qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda "Brookfield"in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.







Xəbər 3752 dəfə oxunub.




13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +