ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO


27.11.2019  16:43 

Xərçəngin dərmanı B 17 vitaminidir?





A+  A-

Artıq uzaq planetlər, qalaktikalar kəşf olunur, Marsa insan göndərilir, bioloji bomba kəşf olundu, amma kosmonavtika əsrində uşaqları, böyükləri aparan xərçəngin dərmanı tapılmır ki, tapılmır.
XəzərNews.az medicina.az-a istinadənn xəbər verir ki, hazırda onkologiyanın müalicəsi üçün bütün farmakoloji industriya kimyaterapiyalara yönəlib.
Təbii vasitələr, alternative yollar qətiyyətlə inkar edilir.

Şişi yalnız kimyəvi yol və şüa ilə məhv etməyə inadlıdırlar. Bir çox hallarda kimyaterapiya həqiqətən şişin inkişafının qarşısını alır, əməliyyatdan sonra xəstənin ömrünü uzadır, amma bu terapiya zamanı şiş hüceyrələri ilə yanaşı sağlam hüceyrələr də məhv olur. Onkoloji müalicə bu gün dünyada ən bahalı müalicədir. Yaşama zəmanəti isə 2 ildən 5 ilə kimidir.

İnternetdə və mətbuatda, eləcə də kimyanın əleyhinə olan bir çox mütəxəsislər, təbiblər tərəfindən 10 ildir ki, xərçəngin dərmanının B 17 adlı vitamində, daha doğrusu Amiqdalində olması barədə yazılar, çıxışlar gedir.

Medicina.az Amiqdalin nədir, xərçəngə təsir edirmi, niyə tibb bu versiyanı qəbul etmir suallarına cavablar axtarıb.
Əslində Amiqdalin – B 17 bu gün əlçatandır, ilboyu alına bilər, bahalı deyil. Amiqdalin ərik, gavalı, hətta alma armud çəyirdəyində olan maddədir.
Badama acılıq tamı verən maddə də məhz Amiqdalindir.

İnsan bu çəyirdəklərdən birini yedikdə, B 17 orqanizmə daxil olur, burda parçalanır, alınan birləşmələrdən biri Amiqdalin olur.

Amiqdalin 4valentli şəkər molekuluna bənzər molekuldadır, yəni şirindir. Orqanizmdə Amiqdalin yaranan kimi onu birinci şiş hüceyrələri mənimsəyir. Çünki bəd hüceyrələr şəkərlə qidalanır, şirini sevir. Sağlam hüceyrələr isə şəkərlə qidalanmır. Amiqdalin isə sağlam hüceyrə ümumiyyətlə qəbul edə bilmir, çünki onlara 3 valentli molekullu şəkər uyğundur. Deməli Amiqdalin təkcə bəd hüceyrələrə lazım olur. Amma Amiqdalin şiş hüceyrəsinə daxil olduqdan sonra orda parçalanır, sianist birləşmələrə ayrılır və bu şiş hüceyrəni daxildən öldürür.

Xərçəngin müalicəsində bu metod konkret olaraq kliniki tədqiqatla sübut olunmayıb, çünki onu aparmağa heç kəs maraq da göstərməyib. Lakin istər xərçəng xəstələri, istərsə də profilaktika məqsədilə sağlam insanlar bu metodu tətbiq edə bilər. Çünki insan bədənində şiş hüceyrələrin olub olmaması, nə vaxt üzə çıxacağı da bilinmir.

Bunun üçün acı badam ləpəsindən gündə 7 ədəd qəbul edə bilərsiz. Ərik çəyirdəyində B 17-dən başqa digər toksiki təsir edən maddələr də var, ona görə hər əriyin çəyirdəyini də qəbul etmək olmaz. Amma acı badam tam təhlükəsizdir.

Xəbər 1597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +