Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


11.11.2025  11:57 

Saatlı bələdiyyələri bu xidmətin yaratdığı süni problemlərdən narazıdır





A+  A-

Saatlı rayonunun 10 bələdiyyə sədri İqtisadiyyat naziri Mikayıl Cabbarova və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasına müraciət ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, Bələdiyyə sədrləri müraciətdə bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) fəaliyyəti yerli özünüidarəetmə orqanlarının işinə ciddi maneələr yaradır.

“Biz, Saatlı rayonunun ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri olaraq Sizə müraciət edərək bildirmək istəyirik ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ciddi və bir çox hallarda əsassız maneələr törədilir.

Rayon ərazilərində torpaqların hərraca çıxarılması, bələdiyyə əmlakının özgəninkiləşdirilməsi zamanı süründürməçilik hallarının geniş yayılması, qiymətləndirmə və rəy məsələlərinə dair müraciətlərə əsassız imtinaların verilməsi vəziyyəti daha da çətinləşdirir.

Həmçinin yerli əhəmiyyətli sosial layihələrin icrası zamanı Xidmətin uyğun olmayan müdaxilələri səbəbindən bir çox təşəbbüslərin reallaşması mümkünsüz olur. ƏMDX-nin yaratdığı süni problemlər bölgədə kənd təsərrüfatının inkişafına, sosial rifahın yüksəldilməsinə və əhalinin məşğulluğuna birbaşa mənfi təsir göstərir”, - deyə müraciətdə qeyd olunur.

Bələdiyyə sədrləri İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı müdaxilə etməyi, ƏMDX əməkdaşlarının bələdiyyələrin səlahiyyətlərinə hörmətlə yanaşmalarını təmin etməyi və aidiyyəti qurumlara müvafiq göstərişlərin verilməsini xahiş ediblər.

Qeyd edək ki, məlumatı Vüqar Tofiqli yayıb.

Xəbər 132 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +