“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi
ABŞ Ukraynaya silah satışını dayandırır
H5N5 quş qripi virusuna yoluxan xəstə öldü
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bakıda ana yeni doğulan uşağını dənizə atıb
Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO


10.01.2021  20:36 

Tramp impiçmenti dayandırmağa çağırdı





A+  A-

ABŞ-ın hazırkı prezidenti Donald Tramp və baş məsləhətçisi Jared Kuşner Konqresdəki müttəfiqlərinə müraciət edərək mümkün impiçment məsələsini dayandırmağa çağırıblar.
XəzərNews.az “The Washington Post”a istinadən xəbər verir ki, Konqresdə Trampa qarşı impiçmentin qaldırılmasında məqsəd daha çox onun gələcəkdə yenidən prezidentliyə namizəd olmasını qadağan etmək istəyidir.

Qəzetin yazdığına görə, hazırda Tramp və Kuşnerin bu çağırışlarının nəticə etibarı ilə uğur qazanıb-qazanmayacağı bəlli deyil.

Bu arada Respublikaçıların kiçik bir qrupu yeni seçilmiş prezident Cozef Baydenə impiçmentin qarşısını almağa çalışması üçün məktub təqdim edib. Bu müraciəti şərh edən Baydenin mətbuat xidməti mümkün impiçmentlə bağlı qərarın Konqresdəki qanunvericilər tərəfindən verilməli olduğuna dair yeni seçilmiş prezidentin sözlərini xatırladıb.

Qeyd edək ki, Trampın Kapitoliydakı və partiyadaşları arasındakı qarışıqlıqla əlaqədar tənqid olunmasına baxmayaraq, ABŞ Nümayəndələr Palatasında impiçmentin əleyhinə olan konqresmenlər var.

Xatırladaq ki, cümə günü alt palatadakı Respublikaçı azlıqların lideri Kevin Makkarti Trampın səlahiyyət müddətinin sona çatmasına 12 gün qalmış impiçment elan edilməsi ölkənin bölünməsini daha da dərinləşdirəcəyini vurğulamışdı.

Xəbər 3295 dəfə oxunub.



25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +