101 nəfər Azərbaycana readmissiya edilib
“Max Group” MMC dələduzluqda ittiham olunur
Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılır
Ukrayna ordusu “Beriyev” zavoduna zərbələr endirib
İmamoğlu məhkəməyə çıxarılır
Daha bir vəkilin işinə xitam verildi
“Hansı yerli avtomobil, hansı istehsal? - Etiraz
Qurbanov bənzərsiz bir fenomendir
Sabah bu ərazidə qaz olmayacaq
Əfqanıstana zərbələr endirildi: Ölənlər var


25.11.2025  12:36 

“Sülh” yoxsa “barışıq”?





A+  A-

Azərbaycanla Ermənistan arasında “sülh” yoxsa “barışıq”? Hər ikisi mümkündürmü?

Bu suala cavab vermək üçün hər iki tərəfin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş pilot layihə kimi ilk səfərlərin təşkil edilməsi çox əhəmiyyətlidir. Bu təşəbbüsü qətiyyətlə alqışlamaq və dəstəkləmək lazımdır.

Bu, həm çətin, həm də mürəkkəb bir prosesdir. Lakin iki ölkə arasında dayanıqlı sülhün bərqərar olması, etimad mühitinin yaradılması üçün bu cür addımlar zəruridir. Sülhə mane olmaq istəyən qüvvələrə imkan verməmək üçün prosesə səbrlə və mərhələli şəkildə yanaşmaq vacibdir. İlk olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin, ardınca medianın prosesə cəlb olunması ictimai rəyi sağlam şəkildə formalaşdırmaq və cəmiyyətin reaksiyasını düzgün qiymətləndirmək baxımından çox önəmlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün təmin olunması üçün böyük siyasi iradə nümayiş etdirib. Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk sülh təşəbbüsü ilə çıxış edən, 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanmasına razılıq verən və bu prosesə əsas aparıcı yanaşmanı ortaya qoyan məhz Azərbaycan Prezidentidir. Prezidentimizin mövqeyi xalqımızın iradəsini ifadə edir və Azərbaycan cəmiyyəti də sülhün, sabitliyin və qarşıdurma dövrünün bir daha qayıtmamasının tərəfdarıdır.

Lakin sülh birtərəfli ola bilməz.

Sülh sazişinin imzalanması və etimadın yaranması üçün Ermənistan rəhbərliyi ciddi addımlar atmalı, Konstitusiyasından və digər qanunverici aktlarından ölkəmizə qarşı ərazi iddialarını çıxarmalı, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirməli və ən əsası, öz cəmiyyətini sülhə hazırlamalıdır. Hesab edirəm ki, Azərbaycan xalqı tam, davamlı və geri dönüşü olmayan sülhə hazırdır.

Barışıq məsələsinə gəlincə, bu daha həssas və daha uzunmüddətli prosesdir.

Azərbaycan xalqının başına gətirilmiş faciələri, deportasiyaları və soyqırımları bir anda unutmaq mümkün deyil. Barışıq dərin hazırlıq, milli yaddaşın qorunması və tarixdən doğru nəticə çıxarılmasını tələb edir. Biz elə etməliyik ki, gələcək nəsillər 100 il sonra eyni hadisələrlə üz-üzə qalmasın.

Buna görə də sülhü və barışığı təşviq etməklə yanaşı, keçmişimizi unutmamalı, regional və qlobal geosiyasi dəyişikliklərə daim hazır olmalıyıq.

Nəticə etibarilə, sülhün bölgəyə gəlməsi əmin-amanlıq, inkişaf və yeni imkanlar deməkdir. Bu gün Azərbaycan güclü və nüfuzlu dövlət kimi təkcə Cənubi Qafqazın deyil, daha geniş bir coğrafiyanın gələcəyi üçün məsuliyyət daşıyır. Əminəm ki, ölkəmizin həyata keçirdiyi bu tarixi missiyadan bütün xalqlar faydalanacaq.

Azay Quliyev
Millət vəkili


Xəbər 116 dəfə oxunub.




25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın


BÜTÜN XƏBƏRLƏR +