Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur - Putin
Prokuror Tofiq Yaqubluya cəza istədi: 10 il
“Talassemiya işi”nə görə məhkəməyə çağırılacaqlar
99-AF-009 nömrəli “Rolls Royce“ hərraca çıxarıldı
Bu yol əsaslı təmir olunacaq - Sərəncam
Rusiya Xersonda ambulansı vurdu
Məşhur müğənni 25 milyonluq evini satır
AFFA-nın bu qərarı ədalətlidir?
Zelenski: Əhalinin 57%-i məni dəstəkləyir
“Qazaxlı Alik“in oğluna hökm oxundu


06.03.2018  16:45 

Qalmaqallı direktorun daha bir səs yazısı yayıldı - AUDİO





A+  A-

Şamaxı rayonunda rüşvət almaqda ittiham olunan, şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən yeni səs yazısı yayılıb.
XəzərNews.az AzNews.az-a istinadən xəbər verir ki, yeni səs yazısında bu günlərdə məktəbdə keçirilən iclasların birində direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:

"Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

SƏS YAZISI

Məsələ ilə bağlı məktəb müəllimləri ilə əlaqə saxladıq. Müəllimlər qeyd etdilər ki, Gülnurə Babaşova hər ay müəllim kollektivindən aylıq alır:

“Mətbuatda gedən yazıdan sonra iclas oldu. Biz həmin iclasda iştirak etmədik. Bildik ki, iclas bizi onunla barışdırmağa yönəlib. Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev direktoru müdafiə edib. Müəllimlərin bəzilərinə təzyiq edildi ki, ərizələrini geri götürsünlər. Amma narazılar bunu etmədilər. Biz geri çəkilməyəcəyik. Bu səs yazısı ilə bağlı iclas fevral ayının sonlarında keçirilib. Müəllimlərdən aylıq pul yığımı davam edir. Soruşanda deyir ki, “pulu məndən rayon təhsil şöbəsindən istəyirlər. Mən də sizdən alıb ona verirəm”.

Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova isə saytımıza açıqlamasında qayınatasının rəhmətə getdiyini və danışa bilmədiyini dedi: “Yasdan sonra sizinlə əlaqə saxlayacam”.

Qeyd edək ki, iki ay əvvəl Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın müəllimlərdən ayliq haqq yığması ilə bağlı səs yazısı yayılmışdı. Təhsil Nazirliyi isə məsələnin araşdırıldığını bildirmişdi.

Xəbər 2442 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.02.2025  17:39 

Millimiz Qazaxıstana qalib gəldi

19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı

19.02.2025  17:22 

Rusiya Xersonda ambulansı vurdu

19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?

19.02.2025  16:43 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +