Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur - Putin
Prokuror Tofiq Yaqubluya cəza istədi: 10 il
“Talassemiya işi”nə görə məhkəməyə çağırılacaqlar
99-AF-009 nömrəli “Rolls Royce“ hərraca çıxarıldı
Bu yol əsaslı təmir olunacaq - Sərəncam
Rusiya Xersonda ambulansı vurdu
Məşhur müğənni 25 milyonluq evini satır
AFFA-nın bu qərarı ədalətlidir?
Zelenski: Əhalinin 57%-i məni dəstəkləyir
“Qazaxlı Alik“in oğluna hökm oxundu


17.02.2025  11:37 

Keçmiş deputat Təhsil Nazirliyindəki təyinatlarla bağlı yeni faktlar açıqladı





A+  A-

Keçmiş deputat, elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis Etibar Əliyev Elm və Təhsil Nazirliyində yüksək vəzifə təyinatları ilə bağlı yeni faktlar açıqlayıb.

O, daha əvvəl “Facebook” səhifəsində nazir Emin Əmrullayevin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində Ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini təyin edilib) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin etdiyi barədə məlumat paylaşmışdı. Ekspertin paylaşımı geniş rezonans doğurub, sosial şəbəkələrdə və saytlarda dəfələrlə paylaşılıb, yüzlərlə şərhlər yazılıb.

E.Əliyev “Facebook” səhifəsindəki növbəti paylaşımında Elm və Təhsil Nazirliyində eyni qəbildən olan yeni təyinatlardan bəhs edib: “...Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayevin Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?!

Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitutunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.

Riyaziyyatçı-alim, əsl təhsil bilicisi mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək, mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq, oranı bazara çevirmək məqsədilə qrant layihələrində ortağı olan Almaz Əsgərova adlı bir qadının direktor təyin edilməsinə nail oldu, onu xüsusi olaraq himayə etdi və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…”/“AzPolitika.info”

Xəbər 966 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.02.2025  17:39 

Millimiz Qazaxıstana qalib gəldi

19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı

19.02.2025  17:22 

Rusiya Xersonda ambulansı vurdu

19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?

19.02.2025  16:43 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +