“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


27.10.2025  19:05 

Veteranın torpağında “qanunsuz tikinti”: Ağstafada ədalət yenə kağız üzərindəmi qalacaq?-VİDEO





A+  A-

Xəbər verdiyimiz kimi, Ağstafa şəhəri, Heydər Əliyev prospekti 53 ünvanında Birinci Qarabağ müharibəsi veteranı Elşən Musayevə məxsus torpaq sahəsi rayon bələdiyyəsi tərəfindən Mircəlal Mahmudov adlı şəxsə satıb. Mircəlal Mahmudovun oğlu, iş adamı Sahib Mahmudov isə ərazidə başladığı tikintini başa çatdırmaq üzrədir. Bu zəncirvari satış, hüquqi baxımdan açıq suallar doğurur: Bələdiyyə bu satışa hansı əsasla razılıq verib? Torpağın real sahibi ilə razılaşdırılmadan həyata keçirilən bu proses hansı qanuna söykənir?

Birinci Qarabağ müharibəsi veteranı Elşən Musayev bildirib ki, ərazi ilə bağlı məhkəmə prosesinin getməsinə baxmayaraq Sahib Mahmudov heç kimə məhəl qoymur: “İş dayanmadan davam edir. Əlbəttə ki, mən də mülkümün geri alınması üçün bütün hüquqi addımları atıram. Mircəlal Mahmudova qarşı iddiama noyabrın 4-də Ağstafa rayon Məhkəməsində, Bələdiyyəyə qarşı iddiama isə noyabrın 28-də Gəncə Məhkəməsində baxılacaq. Bələdiyyə sədrinin mənə qarşi iddiasına isə oktyabrın 28-də Binəqədi rayon Məhkəməsində baxacaqlar”.



E.Musayev qeyd edib ki, məhkəmədə mübahisə getdiyi bir vaxtda bələdiyyə həmin torpaq sahəsini Mircəlal Mahmudova satıb, o isə dərhal çıxarış əldə edib:

“Halbuki, iş məhkəmədə ola-ola belə bir əməliyyatın aparılması qanunla mümkün deyildi. Buna baxmayaraq, həm bələdiyyə, həm də Məlahət Musayeva (torpaq əvvəl ona satılıb) cavabdeh tərəf kimi məsuliyyət daşıyır. Onlar indi məsələni başqa cür təqdim etməyə çalışırlar: guya Mircəlala satılan torpaq Elşən Musayevin sahəsindən kənarda, fərqli bir ərazidə yerləşir. Bu bəhanə ilə iddia edirlər ki, hazırda həbs qoyulan və tikinti aparılan torpaq Elşənə aid deyil. Amma həm icra məmurunun iştirakı ilə təsbit olunan ərazi, həm də vəkilin videoda göstərdiyi yer - hazırda tikinti gedən ərazidir. Bunu inkar etmək yalnız bu hadisəni törədənlərin “ağlına” gələ bilər”.

Şikayətçi qeyd edib ki, qarşı tərəfin əlində hara aid oldugü bilinməyən saxta çıxarışdan başqa heç bir sənəd yoxdur: “Nə vəkil, nə də mən elə bir sənədlə rastlaşmamışıq. Nə bir plan, nə tikintiyə icazə haqqında o yerə işarə edən bir kağız parçası belə yoxdur. Sadəcə kimlərinsə himayəsilə tikib məni fakt qarşısında qoymağa çalışırlar. Mən isə Prezidentin ədalətinə inanram. Ağstafada tapdalanan hüququmun gec-tez bərpa olunacağına ümid edirəm. Bunlar açıq-aşkar qanunsuzluq edərək mənə məxsus torpağ üzərində hüququmu məndən xəbərsiz ləğv ediblər. Hansı ki, həmin torpağın vergisini belə bələdiyyəyə illərlə mən ödəmişəm”.

Belə bir fonda Elşən Musayevin “Prezidentin ədalətinə inanıram” deməsi həm ümidin, həm də çarəsizliyin səsidir. Ümid var ki, bu səs sadəcə kağız üzərindəki qərarlarda yox, real torpağın üstündə də eşidiləcək, cünki hüququ tapdalanan bir veteranın ədalət axtarışı dövlətin sınağına çevrilib.



Göründüyü kimi burada ikinci diqqətçəkən məqam qarşı tərəfin “sənədləri” ilə bağlıdır. E.Musayevin iddiasına görə, onların əlində haradan və kimdən alındığı bəlli olmayan çıxarışdan başqa heç nə yoxdur. Nə plan, nə tikintiyə icazə, nə də əraziyə aid rəsmi təsdiqlənmiş sənəd mövcuddur. Əgər bu doğrudursa, məsələ təkcə bələdiyyə sədrinin məsuliyyəti ilə bitmir, burada daha geniş miqyaslı korrupsiya zəncirinin izi görünür.

Tərəflər arasında qarşılıqlı məhkəmə çəkişməsinin getdiyi ərəfədə Ağstafa rayon Məhkəməsi 18.07.2025-ci il tarixli qərar elan edib. Hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı Elşən Musayevin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Ərizəsini təmin edib. Məhkəmə Ağstafa rayonu Heydər Əliyev prospekti 53 saylı ünvanla E.Qələmçəli küçəsi 2 saylı ünvanın kəsişməsində olan mübahisəli torpaq sahəsində tikinti, bərpa və ya dəyişikliklərin edilməsini Məlahət Musayevaya və digər şəxslərə qadağan edib.

Qərardadın dərhal icra edilməsi Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.



Lakin bu qərarların icrası yenə də “apelyasiya bəhanəsi” ilə yubadılır. Yəni, qanunun özü var, amma onu işlədən mexanizm ya qəsdən yubadılır, ya da kimlərinsə təsiri altındadır. Bununla da Mircəlal Mahmudovun oğlu - iş adamı Sahib Mahmudov həmin ərazidə tikinti aparır və heç bir orqanın qərarını gözləmədən “işi bitirməyə” çalışır. Bu, təkcə hüquqa deyil, cəmiyyətin ədalət duyğusuna da açıq hörmətsizlikdir. Məhkəmə qərarı gözlənilmədən torpaqda tikinti aparmaq, vətəndaşın hüququnu fakt qarşısında qoymaq cəhdidir.

Bu hadisə həm də bir rəmzi məna daşıyır. Qarabağ müharibəsində döyüşüb torpaq uğrunda can qoyan bir veteran indi öz torpağını “kağız üzərində” geri almağa çalışır. Bu, təkcə Elşən Musayevin deyil, ədalətə inanan hər kəsin sınağıdır. Dövlətin və ədliyyə sisteminin bu işdəki rolu, məhz həmin inamın qorunub-qorunmamasını müəyyən edəcək.

N.Oruclu
XəzərNews.az






Xəbər 1151 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +