Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazandı
59 yaşlı qadını avtomobil VURDU
Ayxan Hacızadə Fransanın XİN başçısına cavab VERDİ
Ərdoğan Xocalıya səfər edəcək
Salyanda partlayış: Ata və oğlu YARALANDI
Xəzərdə zəlzələ OLDU
İntizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb
Rusiyadan Qarabağa hərbi təyinatlı yüklər danışıb
Restoranın qarşısında qəza: İşıqfor aşdı
41 min dollarlıq dələduzluq edən şəxslər SAXLANILDI


24.01.2025  18:09 

“TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR?





A+  A-

Bir müddət əvvəl “TələbəPlus” kartları verilməyə başlananda tələbələr zənn edirdi ki, nəhayət, sosial qayğıları bir qədər azalacaq. Ən azı ictimai nəqliyyatdan istifadədə müəyyən güzəştlər olacaq.

Lakin bütün ümidlər boşa çıxdı.

Nəzərə alaq ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Onların təşəbbüsü ilə qısa zamanda 23 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 min tələbə “TələbəPlus” kartı ilə təmin edildi.

Hazırda “TələbəPlus” kartından istifadə edənlərə 300-dək yerli və xarici şirkətlərin xidmətlərindən istifadə fürsəti yaradılıb. Bu şirkətlərsə tələbələrə əsasən, əyləncə, ucuz qiymətə spirtli içkilər, müxtəlif məzmunsuz xidmətlər təklif edir.

Bir sözlə, layihə sırf kommersiya məqsədi daşıyır.

Üstəlik, təşkilatçılar öz fəaliyyət trayektoriyalarını genişləndirmək istəyirlər. Layihə müəlliflərindən biri Təhsilin İnkişafı Fondundan Bizim.Media-ya bildirilib ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur.

Zərərli vərdişlərin təşviqi

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya ilə bölüşən psixoloq Gülnar Orucova bildirib ki, “TələbəPlus” layihəsinə start veriləndə bütün valideynlər kimi o da sevinib:

“Hesab etdim ki, bu kart tələbələrin və valideynlərinin qayğılarını bir qədər azaldacaq. Amma gözləntimiz suya düşdü. Çünki bu layihə qayğılarımızı azaltmadı, əksinə artırdı. Məsələn, kartdan istifadə edənlər ictimai nəqliyyatdan istifadədə heç bir güzəşt qazanmadı.

Halbuki, 2000-ci ilə qədər ölkəmizdə tələbələr ictimai nəqliyyatdan güzəştli şəkildə istifadə edə bilirdi.

Hazırda qonşu ölkələrdə tələbələrə ictimai nəqliyyatdan istifadədə xüsusi güzəştlər var. Məsələn, Türkiyədə oxuyan tələbə “Mavi kart”dan istifadə edərkən digər sərnişinlərdən 3 dəfə ucuz yol gedə bilir. Gürcüstanda isə “limitsiz kart”lar var. Bu kartlardan təkcə tələbələr yox, digər sərnişinlər də yararlana bilir. Yaxşı olardı ki, bizdə də bu məsələ gündəmə gətirilsin”.

Psixoloq təəssüflə bildirib ki, “TələbəPlus” kartları gəncləri pis vərdişlərə təşviq edir:

“Bu kartdan istifadə edənlərə əsasən kommersiya obyektlərində güzəşt olunur. Ən çox da kofeşoplar təşviq edilir. Axı, gənc gün ərzində nə qədər kofe içə bilər ki?! Daha bir təəccüblü məqam odur ki, spirtli içki mağazaları da tələbələrə böyük endirimlər təklif edir. Məsələn, “Gurmaniya” şərab tələbələrə 20 faiz güzəşt təklif edir, Bu spirtli işkilərin təşviqi deyilsə, bəs nədir?! Və yaxud “Spa Ceylon Wellness” Spa salonu onların xidmətindən yararlanan tələbələrə 10 faiz güzəşt təklif edir. 18-19 yaşlı qız uşağının spa salonunda nə işi var?!

“TələbəPlus” kartı sanki gecə barlarını təşviq edir. Hələ turizm şirkətlərini demirəm. Yəni tələbələrə təklif olunan güzəştlər sırf kommersiya məqsədi daşımaqla yanaşı, həm də gəncləri pis vərdişlərə təşviq edir. Bu isə başa düşülən deyil. Yaxşı olar ki, bu layihənin təşkilatçıları məsələyə yenidən baxsın. Öz kommersiya və korporativ maraqlarından əl çəkib, tələbələrə sözün həqiqi mənasında yardımçı olsunlar”.

Xəbər 2527 dəfə oxunub.




26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU

26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?

25.01.2025  00:52 

Qurban Qurbanov AFFA-dan ayrılır?

24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB


BÜTÜN XƏBƏRLƏR +