Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


29.10.2022  16:35 

İlham Əliyev Soçiyə niyə getməsin ki?.





A+  A-

Sosial şəbəkələrdə başladılan “İlham Əliyev Soçiyə getməkdən imtina etməlidir!” çağırışı növbəti dəfə erməni informasiya-təbliğat maşınının təsiri altına düşmək deməkdir və nəticə etibarilə, Qərbin maraqlarına xidmət edən davranışlardır.

Məhz Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırlar ki, bu görüş baş tutmasın, pozulsun.

Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyini və onun siyasi qədərini müəyyənləşdirəcəyini yaxşı bilirlər.

Putinin “Valday”da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın 1 sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları – Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya FTX-na verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanır.

Azərbaycan heç bir halda bu görüşdən yayınmamalı, əksinə, Ermənistanın cəzalandırılması üçün daha sərt, o cümlədən təzminat tələbləriylə çıxış etməlidir!

8 aydır efirlərimizdən “Rusiya Ukraynada 3 aya dağılacaq, Putin öldürüləcək” deyən qərbpərəstlərdən isə soruşmaq gərəkdir: Rusiya tezliklə dağılırsa, Soçidə hansı razılaşmaların olacağından niyə narahatsınız? Yox, əgər Rusiya hələ sandığınızdan güclüdürsə, o halda niyə Azərbaycanı Rusiya ilə toqquşdurub əzdirmək, qazandığımız uğurları heçə-puça çevirmək istəyirsiniz?!

Elxan Şükürlü

Xəbər 1044 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +