Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


03.09.2024  18:30 

Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?





A+  A-

Ukraynada müharibə davam edərkən, Rusiya daha ağır silahlardan istifadə etməyə başlayıb. Başda “İsgəndər” raketləri olmaqla, bir çox ağır silahlardan istifadə edən ruslar böyük insan tələfatı və dağıntılar hesabına qələbəni təmin etmək istəyir.

Ukrayna ordusunun Kursk və Bryansk kimi Rusiya vilayətlərinə genişmiqyaslı hücumlarını nəzərə alsaq, Moskvanın nüvə silahından istifadə etməsi labüd ehtimallardan biridir. Bəs görəsən, Rusiya bəşəriyyət üçün fəlakət sayıla biləcək addımı ata bilərmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Rusiya hələki taktiki nüvə silahından istifadəyə tərəddüd edir:

“Biz artıq Rusiya-Ukrayna müharibəsində bütün “qırmızı xət”lərin keçildiyini görürük. Əslində, bu Rusiya üçün taktiki nüvə silahından istifadəyə şərait yaradan əməliyyatlar idi, ancaq biz bunu görmədik. Hətta, ABŞ və Ukraynanı dəstəkləyən koalisiyanın Kiyevə “F-16” qırıcılarını, “ATACAMS” və “HİMARS” raket sistemlərini tədarük etməsi də Moskvaya nüvə silahına əl atmağa əsas vermədi”.

Polkovnikin fikrincə, Qərbin başlıca məqsədi Moskvanı bu addımdan çəkindirməkdir:

“Amma bu günlərdə Rusiya taktiki nüvə silahının istifadəsinə dair doktrinanı dəyişdi. Bu o deməkdir ki, Rusiyay sadəcə özünə qarşı nüvə silahından istifadə zamanı deyil, istənilən ciddi hücum zamanı da buna əl ata bilər. Çox güman ki, bu doktrinanın dəyişilməsi gələcəkdə Moskva üçün nüvə silahından istifadəni legitimləşdirəcək. Əlbəttə, qarşı tərəf də bunu Rusiyaya güzəştə getməyəcək. Qərb çalışacaq ki, Rusiya heç bir vəchlə bunu istifadə etməsin”.



Xəbər 3037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +