“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


23.12.2024  18:40 

Krivoy-Roq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib -Fotolar





A+  A-

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Xəzərnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası Krivoy-Roq şəhər təşkilatının təşkilatçılığı və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə şəhər meriyasının rəhbərliyi, şəhər Şurasının deputatları, müxtəlif şəhərlərin diaspor fəalları, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar 33 uşağın çəkdiyi 40 rəsm əsərindən ibarət sərgi ilə tanış olublar. Sərginin qalibləri mükafatlandırılıb.

Sonra Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev çıxış edərək bildirib ki, ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy-Roqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi Ukraynada yaşayan soydaşlarımızın birliyinin göstəricisidir.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramının mahiyyətində xalqın birliyi dayanır. Bu gün diaspor fəallarımızın Ukraynanın çətin günündə bu günü qeyd etməsi xalqımızın birliyinin rəmzidir”, - deyə diaspor rəhbəri əlavə edib.

Tədbirdə şəhər merinin vəzifəsini icra edən Yuri Vilkul bildirib ki, Azərbaycan diasporu Krivoy-Roq şəhərinin ictimai həyatında fəal rol oynayır. Müharibə şəraitinə baxmayaraq, bu gün də Azərbaycanın diaspor fəalları ukraynalılarla çiyin-çiyinə dayanaraq, öz humanitar missiyalarını uğurla davam etdirirlər.

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatı Pərviz Əsədov isə çıxışında qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuş Azərbaycanın bütün suveren torpaqlarında, o cümlədən Xankəndidə, Xocalıda, Şuşada qeyd edilir.

“Bu gün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi bayramlarını şərəflə qeyd edirlər. Azərbaycan Prezidenti Şuşada Dünya Azərbaycanlılarının Qurultayında çıxışı zamanı qeyd etdiyi kimi, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün - Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir”,- deyə Pərviz Əsədov əlavə edib.











Xəbər 98 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +