Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  18:03 

Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu





A+  A-

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xüsusi Əməliyyatlar Mərkəzinin ("Alfa") uzaqmənzilli dronları son bir həftə ərzində üçüncü dəfə Xəzər dənizində fəaliyyət göstərən "Lukoil-Nijnevoljskneft" şirkətinin neft hasilatı platformalarına zərbə endirib.

XəzərNews.az xəbər verir ki, bu barədə "GORDON" nəşrinə dekabrın 15-də UTX-dəki mənbə məlumat verib.

Mənbənin nəşrə verdiyi məlumata görə, bu dəfə Korçagin neft və qaz kondensat yatağındakı platforma zərbələrə məruz qalıb. UTX dronlarının hücumu nəticəsində obyektin vacib avadanlıqları zədələnib və istehsal prosesləri dayandırılıb.

"UTX Rusiya büdcəsinə neft dollarlarının axınını və müvafiq olaraq Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanını azaldan aktiv işini davam etdirir. Müharibə üçün işləyən heç bir Rusiya obyekti, harada olmasından asılı olmayaraq, təhlükəsiz deyil", - deyə məlumatda qeyd olunur.



Xəbər 766 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +