Ələt istiqamətində gedənləri hansı təhlükə gözləyir?- VİDEO
"Rusiya ilə ABŞ arasında inam var” - Lavrov
Ukrayna Kurskda nə qədər hərbçi itirib?
Sürücü yolu kəsib mübahisə etdi - VİDEO
Google Azərbaycan nömrələrini niyə bloklayıb?
Azərbaycanlı yol qəzasında həyatını itirdi
“Qobu Park“ sakinləri cavab axtarır: “Yəzid“ kimdir?
Krediti olan şəxslərin NƏZƏRİNƏ!
Bakıda 72 yaşlı kişini sünnət ediblər -VİDEO
Çexiya və Polşa ukraynalılarla bağlı qərar hazırlayır


14.02.2025  17:05 

Qərb təbliğatının rüsvayçı iflası...





A+  A-

Moskvaya göndərdiyi xüsusi nümayəndəsinin ABŞ-a qayıtmasından dərhal sonra Trampın Putin və Zelenskiylə telefon danışığı, ardınca da mətbuata açıqlamasında Putini tərifləyərək “yaxşı insan” adlandırması və onunla görüşə hazırlaşdığını bildirməsi 3 ildir Ukrayna savaşı üzərində aparılan Qərb təbliğatının rüsvayçı çöküşü və iflası deməkdir.

İndi hətta 3 ildir gözləri kor, qulaqları kar olmuş, gerçəkləri inkar etməklə özünü Ukraynanın, prezident Zelenskinin qələbəsinə inandırmış kəslər də yaxşı görür və anlayırlar ki, bu proses ən yaxşı halda Ukraynanın bölünməsi, Rusiyanın Ukrayna ərazilərinin bir hissəsini işğalının legitimləşdirilməsiylə nəticələnəcək.

Biz bu müharibənin ilk günlərindən elə ABŞ-ın ən nüfuzlu strateqlərinin yazdıqlarına istinadla Ukraynanı belə bir aqibətin gözlədiyini deyəndə, Qərb təbliğatının muzdurları, xüsusən də Ukraynanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq edən bəzi şəxslər bizi Rusiyaya işləməkdə suçlayaraq, sosial şəbəkələrdə təhqir etdirirdilər.

İndi Trampın məlum açıqlamalarından sonra isə həmin şəbəkə təmsilçiləri sahibsiz qalmış qotur eşşəklərtək nə edəcəklərini bilmirlər: hara gəldi sürtüşür, qulaqları düşmüş halda, məyus əhvalda çarə - arqument axtarışındadılar...

Hazırda təsəlli üçün ABŞ rəsmlərinin Trampın söylədiklərinə düzəliş və Avropa təmsilçilərinin Ukraynaya dəstək bəyanatlarına istinad edilsə də, necə deyərlər, ox artıq yaydan çıxıb: Trampın Ukraynanı Zelenskisiz Rusiya ilə sövdələşmə masasına yatırdığı və onu hər an qurban etməyə hazır olduğu faktdır!

Şübhəsiz ki, Trampın açıqlamaları, ilk növbədə, Rusiya əleyhinə formalaşmış yorğun Qərb koalisiyasında fikir ayrılığı və dərin çatlar yaradaraq, Ukrayna məsələsində vahid strategiyanın qəbulunu çətinləşdirəcək, Kremllə Avropa ölkələri arasında separat sövdələşmə meyllərini artıracaq.

Digər tərəfdən, ABŞ prezidentinin açıqlamaları daha çox Ukrayna cəmiyyətinin, siyasi elitasının və ordusunun əhvalına təsir edərək, onların müqavimət əzmini aşağı salacaq, Rusiya ilə danışıq tərəfdarlarının mövqeyini gücləndirməklə Ukrayna hakimiyyəti daxilində uzun müddətdir gedən ziddiyətləri daha da dərinləşdirəcək.

Onsuz da Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir. Çünki Zelenski ABŞ-dakı 2020-ci il seçkilərində açıq şəkildə Trampı satmış, onun rəqibi Baydeni dəstəkləmişdi – Trampın 2019-cu ildə Baydenin oğlu Hanterin Ukraynadakı cinayət işini yeniləmək xahişini geri çevirərək, telefon danışıqlarını mətbuata sızdırmış və Baydenin əlinə oynamışdı...

İndi isə qisas almaq – Zelenskini cəzalandırmaq növbəsi Trampdadır.

Və Tramp da elə taxta çıxdığı gündən hər fürsətdə Zelenskini cəzalandıracağının mesajını verir. O, artıq bir neçə dəfə xatırladıb ki, özü prezident olsaydı, bu müharibə baş verməzdi və müharibənin də əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəyidir.

Bununla da Tramp, faktiki olaraq, Ukrayna müharibəsinin əsas təqsirkarının Rusiya yox, Bayden komandası və onların əlinə oynayan Zelenski olduğuna eyham vurmuş olur.

Çox güman ki, yaxın vaxtlarda Ukraynada hərbi çevrilişə cəhd ssenariləri işə düşəcək.

Çünki Zelenski özü Putinlə danışığı qadağan edən fərman imzalayıb, Avropa isə Zelenskinin iştirakı olmadan aparılacaq danışıqları qəbul etməyəcəklərini bildiriblər.

İndi ya Zelenski geri addım atmalı - Putinlə danışığı qadağan edən fərmanını ləğv etməli, ya Ukraynanın iştirakı olmadan ABŞ-Rusiya danışıqlarına razılaşmalı, ya da Ukraynada yeni hakimiyyət formalaşmalıdır ki, hər üç ssenaridə də əsas zərbə məhz Zelenskiyə dəyəcək.

Elxan Şükürlü

Xəbər 944 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.02.2025  14:06 

Ayaz Salayevi linç edək? - MÖVQE

19.02.2025  13:09 

45 vəzifəli şəxs cərimələndi

19.02.2025  11:45 

FHN əhaliyə müraciət ETDİ

19.02.2025  11:18 

Yük maşınında intihar etdi


BÜTÜN XƏBƏRLƏR +