Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.02.2025  16:02 

Ələt istiqamətində gedənləri hansı təhlükə gözləyir?- VİDEO





A+  A-

Ələt-Hacıqabul yolu sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayımlanıb.

Qeyd edilib ki, çoxtonnajlı avtomobillərin müntəzəm hərəkəti yolun sağ zolağını tamamilə yararsız hala salıb. Sol zolaqda da vəziyyətin ürəkaçan olmaması ilə yanaşı, qanuna görə, burada hərəkət etmək mümkün deyil, çünki sürücülər cərimə olunma riski ilə qarşılaşırlar.

"İllərdir bu yol təhlükə saçır, yolu gedib-gələn avtomobillər sıradan çıxır, amma heç bir tədbir görülmür", - deyə şikayətçi bildirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli də Oxu.Az-a açıqlamasında yolun istismar müddətinin keçdiyini təsdiqləyib.

"Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin əsaslı təmirinə ehtiyac yaranıb. Bununla əlaqədar agentliyimiz tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Maliyyə vəsaiti ayrılan kimi, sözügedən hissənin əsaslı şəkildə yenidən qurulması tərəfimizdən təmin olunacaq", - deyə qurum rəsmisi vurğulayıb.




Xəbər 3201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +