Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.02.2025  16:30 

Bu hücum təhlükəsizliyə təhdid kimi qiymətləndirilir - MEDİA





A+  A-

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəzi xəbər saytlarına olan hücumlarla bağlı açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, açıqlamada deyilir:

- 20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiberhücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir. Hazırda müvafiq dövlət qurumları tərəfindən kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.
Bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq.

Xəbər 3120 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +