Ələt istiqamətində gedənləri hansı təhlükə gözləyir?- VİDEO
"Rusiya ilə ABŞ arasında inam var” - Lavrov
Ukrayna Kurskda nə qədər hərbçi itirib?
Sürücü yolu kəsib mübahisə etdi - VİDEO
Google Azərbaycan nömrələrini niyə bloklayıb?
Azərbaycanlı yol qəzasında həyatını itirdi
“Qobu Park“ sakinləri cavab axtarır: “Yəzid“ kimdir?
Krediti olan şəxslərin NƏZƏRİNƏ!
Bakıda 72 yaşlı kişini sünnət ediblər -VİDEO
Çexiya və Polşa ukraynalılarla bağlı qərar hazırlayır


14.02.2025  10:55 

General-leytenant bu işə görə DİNDİRİLDİ





A+  A-

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

Amma işdə qalmaqallı məqam başqadır.

Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.

Xəbər 1273 dəfə oxunub.




19.02.2025  14:06 

Ayaz Salayevi linç edək? - MÖVQE

19.02.2025  13:09 

45 vəzifəli şəxs cərimələndi

19.02.2025  11:45 

FHN əhaliyə müraciət ETDİ

19.02.2025  11:18 

Yük maşınında intihar etdi


BÜTÜN XƏBƏRLƏR +