Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


17.02.2017  12:21 

Azərbaycanlı avtoritetin "sağ əli” polisə yaxalandı - VİDEO





A+  A-


Azərbaycanlı “qanuni oğru”, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə məüssisəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Ukraynada saxlanılıb 

XəzərNews.az cebhe.info-ya istinadən xəbər verir ki, Ukrayna polisi Lotu Qulinin bu ölkədəki nümayəndələrindən birinin saxlandığı barədə xəbəri təsdiqləyib. Həmin şəxs əsasən Odessada fəaliyyət göstərib və ordaki tərkibi əsasən azərbaycanlılardan və gürcülərdən ibarət olan etnik kriminal qruplaşmalara nəzarət edib. 

Ukrayna Milli Polisinin məlumatına görə, Lotu Qulinin 26 yaşlı nümayəndəsi bundan əvvəl də ölkə ərazisində saxlanılıb. Bu hadisə 2016-ci ilin noyabrında baş verib. Polis onun üzərinə baxış zamanı silah və narkotik maddə aşkarlayıb. Şəxsin barəsində cinayət işi açılıb, ancaq məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməyib. Bundan sonra isə Lotu Qulinin gənc yaxınını tapmaq mümkün olmayıb və o, məhkəmədən yayınıb. 

Bu dəfə isə polis onu idarə etdiyi maşınına görə müəyyən edib. Şəxs polisə ciddi müqavimət göstərsə də, onu nəhayət Odessadakı saxlanma təcridxanasına aparıblar. Hələlik şəxsin adı açıqlanmır.




Xəbər 12537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +