Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


08.09.2024  12:34 

Bəzi sahələrdə Azərbaycan Almaniyadan irəlidədir -Video





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı Almaniyada yaşayan soydaşımız, proqramlaşdırma mühəndisi Əli Hüseynov olub.



Ə.Hüseynov müsahibədə uğur hekayəsindən, təhsilindən, Hamburqda həyat tərzindən, Azərbaycanla-Almaniya arasında fərqlərdən bəhs edib.

Onun sözlərinə görə, xaricdə ilk təhsilini İrlandiyada alıb:

“Bakı Dövlət Universitetində bakalavr təhsili alırdım. Ill kursda təhsilimi dondurub, Dublinə köçdüm. 2018-ci ilə qədər orada təhsil aldım və çalışmağa başladım. Ailəmin, dostlarımın məsləhəti ilə eyni zamanda İrlandiyada peşəmə dair kifayət qədər bilik əldə etdiyimi düşünüb, yeni bir qərar aldım. O zaman Almaniyada Hamburq şirkətlərinin birindən təklif gəldi, dəyərləndirdim. Düşünürəm ki, yeniliklər və texnologiyaların inkişafı baxımından Almaniya ən unikal seçim idi”.

Ə.Hüseynov qeyd edib ki, Almaniya ilə Azərbaycanın iş sistemində kifayət qədər fərqlər mövcuddur:

“Bəzən mənə deyirlər ki, niyə gəlib burada işləmək istəmirsən? Xaricə getməzdə əvvəl SOCAR şirkətində saat 9-dan 6-ya iş qrafiki ilə çalışırdım. Avropa isə mənim istəklərimə uyğun variantdır, iş qrafiki sərbəstdir. Hər kəs öz iş rejiminə uyğun saatda işə gəlir, asudə zamanlarını isə öz şəxsi problemlərinə, yaxud hobbilərinə həsr edir. Eyni zamanda da işçi-müdir münasibətləri çox fərqlidir. Orada rəhbərə “bəy”, “xanım”, “müəllim”, “mister”, “misis” deyə müraciət olunmur. Hər kəs iş zamanı dostcasına bir-birini adı ilə çağırır. Əgər problem varsa, müzakirə edilir və bir daha həmin səhv təkrar olunmur. Əlbəttə ki, bütün bu proseslərdə pərdə də aradan götürülməmiş olur”.

Ə.Hüseynov qeyd edib ki, son dövrlərdə Azərbaycan texnologiyalar sahəsində kifayət qədər inkişaf edib:

“Məsələn, bəzi ödəmə texnologiyalarının tətbiqində Azərbaycan çox irəlidədir. Düşünürəm ki, gənclərimiz burada da çalışa bilərlər. Lakin özlərini inkişaf etdirmək, daha çox məlumat əldə etmək üçün mütləq xaricə səfərlər etsinlər. Ən azı 1-2 il orada yaşayıb, mühitlə tanış olsunlar, təlimlərə qatılsınlar. Bu zaman daha da uğurlu olacaqlar”.

Xəbər 3646 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +