Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


31.08.2017  09:06 

Türkiyədən ABŞ-a sərt reaksiya





A+  A-

ABŞ-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəçilərinə cinayət işinin açılmasına rəsmi Ankaradan sərt cavab verilib.
XəzərNews.az CNN Türk-ə istinadən xəbər verir ki, 16 may 2017-ci ildə Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında Ərdoğanın mühafizəçilərinin aksiya iştirakçılarına sərt müdaxilə göstərməsi ilə bağlı cinayət işi açılıb.

Rəsmi Ankara qərardan təəssüfləndiklərini və həmin hadisədə ABŞ-ın yerli təhlükəsizlik qüvvələrinin məsuliyyətsizliyinin olduğunu açıqlayıb:

“Nümayəndə heyətimizin təhlükəsizliyi təmin edilməmişdi. PKK terror təşkilatının tərəfdarları aksiya adı altında provakasiyalar etmişdi. Bu barədə ABŞ-ın rəsmi dairələrinə dəfələrlə məlumat vermişdik. Buna baxmayaraq, cinayət işinin açılmasına ən sərt şəkildə etiraz edirik.

Qərar əsassızdır. ABŞ-da bəzi dairələr məsələni böyütmək niyyətindədir. Bu məsələdə hüquqi müstəvidə haqqımızı sona qədər qoruyacağıq”.

Qeyd edək ki, 16 mayda Ərdoğan Vaşinqtonda səfirlik binasına daxil olarkən onun əleyhinə müxtəlif şüarlar səsləndirilmiş və mühafizəçilər onlara müdaxilə etmişdi.

Xəbər 3000 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +