Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


25.02.2025  15:43 

Spirtli içkilərin satışı məhdudlaşdırılacaq





A+  A-

Nenets Muxtar Dairəsi (NAO) hakimiyyəti spirtli içkilərin satışını məhdudlaşdıracaq.

XəzərNews.az xəbər verir ki, bu barədə regionun rəhbəri Yuri Bezdudnı Telegram -da məlumat verib.

Martın 1-dən Nenets Muxtar Dairəsində “nalivaykas”larda spirt tərkibli məhsulların satışına qadağa tətbiq ediləcək. Bundan əlavə, yaşayış binalarında yerləşən ictimai iaşə obyektlərində gündə yalnız bir saat - saat 17:00-dan 18:00-dək spirtli içkilərin satışına icazə veriləcək. Çoxmənzilli binaların yaxınlığındakı iaşə obyektlərinə saat 9:00-dan 23:00-dək spirtli içkilərin satışına icazə verilir.

İkinci məhdudlaşdırıcı tədbirlər paketi artıq rayon deputatlarının məclisinə göndərilib. Sənəd iş günləri saat 12:00-dan 18:00-dək güclü spirtli içkilərin satışının qadağan edilməsini nəzərdə tutur.

Araz
XəzərNews.az


Xəbər 2233 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +