Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


05.11.2025  13:29 

Hacıbəyliyə hədiyyələri üzə çıxdı - KİV





A+  A-

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.

XəzərNews.az məlumat verir ki, Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.

Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.

Mövzu ilə bağlı Oxu24.az geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib.

Qeyd edilib ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar dərc edib.

“Söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sirr deyildir. Bu, həm sənədlərlə, həm də həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır. El arasında da sözügedən tikililər “Ramiz Mehdiyevin evləri” adlandırılır. Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir.

Məlum olur ki, R.Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədi ilə bina tikilən ərəfədə, 2005-ci ildə ona iki mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da, evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə edilən məlumata görə, G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə “xüsusi xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır”, - məlumatda vurğulanıb.

Həmçinin binanın 2005-ci ildə Topaz MTK tərəfindən inşa edildiyi bildirilib:

“Mətbuatda yayılan xəbərlərdə sözügedən MTK-nın də Ramiz Mehdiyevə məxsus olduğu qeyd olunur. Bina 2017-ci ilə qədər Topaz MTK-nın idarəçiliyində olub. 2017-ci ildən isə kompleks Nəsimi 11 MMC tərəfindən idarə olunur.

Gültəkin Hacıbəyli II və III çağırış (2000-2010-cu illərdə) deputat olub. Mənzillərin də ona deputat olduğu zaman verildiyi təsdiqlənir”.



Xəbər 113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +