Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


02.08.2023  17:09 

Zaxarova: “Belə hallar həll yollarını çətinləşdirir”





A+  A-

“Baş verənlər onsuz da çətin, lakin zəruri həll yolları, kompromisləri çətinləşdirir. İkincisi, biz erməni və Azərbaycan tərəfinin tamamilə əks qiymətlərini gördük. Üçüncüsü, bu konkret hadisədən və ya oxşar hadisələri götürsək, biz həm Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həm də Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi kontekstində barışığın vacibliyindən çıxış edirik”.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Vaqif Xaçatryan və Rəşid Beqlaryanın həbsinə münasibət bildirərkən deyib.

Zaxarova qeyd edib ki, belə hallar həll yollarının tapılması prosesini daha da çətinləşdirir.

O, Laçın dəhlizinin təcili açılmasının zəruriliyini bir daha vurğulayıb.

“Biz tərəflərlə işləyirik və Laçın dəhlizinin dərhal açılması və yerli əhalinin normal yaşayış şəraitinin təmin edilməsinin zəruriliyini bir daha təsdiqləyirik”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Zaxarovanın sözlərinə görə, çox şey siyasi iradədən və bu məsələdə güzəştə getmək istəyindən asılıdır.

Xəbər 2802 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +