Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


03.03.2023  11:40 

Gələn gəlir vergiyə cəlb olunur: Əmanətlər azalacaqmı?





A+  A-

Bu il fevralın 1-dən etibarən Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri yenidən vergiyə cəlb edilib.

Belə ki, depozitlərdən əldə edilən gəlirlər üçün 10 faiz vergi tətbiq olunur.

Bu qərar vətəndaşların banka yüksək məbləğdə pul qoymasına necə təsir edəcək?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı banklar üzrə ekspert Əkrım Həsənov Bakupost.az -a açıqlama verib.

O, sözügedən qərarın gözlənilən olduğunu deyib:

"Vətəndaşın banka qoyduğu pulun üzərinə gəlir gəlirsə, bu artıq bank əmanəti olur.

Bank əmanəti üzrə də 10 faiz vergi tutulur. Son 7 il ərzində vətəndaşlar həmin vergidən azad edilmişdi. Amma bu il fevral ayının 1-dən etibarən həmin qayda yenidən qayıtdı. 2016-cı ildə vergidən azad olma haqqında maddə daxil ediləndə göstərilmişdi ki, 2023-cü ilin fevralın 1-də o vergi yenidən tutulacaq. Yəni burada qeyri-adi, gözlənilməz hal baş verməyib".

Ekspert bunun bəzən insanlar arasında çaşqınlığa səbəb olduğunu bildirib:

"Bəziləri elə bilir ki, bankda olan puldan 10 faiz vergi tutulur. Bu, belə deyil. Qoyulan vəsaitin üzərinə gələn gəlirdən faiz tutulur. Bu normal bir haldır. Hər kəsin gəlirindən vergi tutulmalıdır. Vətəndaş işləyir, əziyyət çəkir, maaş alır. Aldığı maaşdan da vergi verir. Amma burada elə deyil. Vətəndaşın artıq pulu varsa, onu bankda saxlayır. Bank ona əlavə gəlir ödəyir. Burada vətəndaş heç bir əziyyət çəkmir.

Biz vergini dövlətə ona görə ödəyirik ki, dövlət aparatı saxlanılsın, dövlət qulluqçularına, polisə maaş verilsin. Həmin polis insanları, vətəndaşların pul qoyduğu bankları ərazisini qoruyur. Bu məslənin sosial ədalətlə bağlı olan tərəfidir".

Ə.Həsənov vətəndaşların bankda pul saxlamalarına davam edəcəyini qeyd edib:

"İnsanların başqa seçimi, yəni pulunu saxlamaq üçün başqa yeri yoxdur. Tutaq ki, bank bizə 10 faiz gəlir ödəyir. Həmin 10 faizin 1 faizi vergiyə gedəcək. Vətəndaş yenə də 9 faizlik gəlirini əldə edə biləcək. Ona görə də bankda saxlanılan vəsaitlərin azalacağını düşünmürəm".

Xəbər 2760 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +