Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


02.12.2021  00:18 

Sınaq imtahanları: Qiymət niyə bahadır? - VİDEO





A+  A-

3-cü ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında iştirak üçün bəzi abituriyentlər əlavə ödəniş etməlidirlər. Çünki, coğrafiya fənnindən əlavə imtahana görə də ayrıca ödəniş tələb olunur. İmtahanlarda iştirak üçün tələb olunan ödənişlərin yüksək olması abituriyentlərin haqlı narazılığna səbəb olub. Ekspertlər deyirlər ki, sınaq imtahanlarının əlçatan olmaması abituriyentləri çətin duruma salır.

3-cu ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarında coğrafiya fənnindən əlavə imtahan üçün daha 15 manat ödəməlidirlər. Sınaq imtahanlarında iştirakın 40 manata başa gəldiyini nəzərə alsaq ümumilikdə ödənilən məbləğ 55 manata çatacaq.

Dövlət imtahan mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirdi ki, imtahanda iştirak etmək üçün tələb olunan ödənişin məbləği mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər ətraflı şəkildə araşdırıldıqdan sonra müəyyən edilir. Mətbuat katibi qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməyə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları az xərc tələb edir. Onun sözlərinə görə sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur. Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də təsir edir.

Abituriyentlər də sınaq imtahanları üçün tələb olunan qiymətlərdən narazıdılar.

Qəbul imtahanlarına gəldikdə isə dövlət imtahan mərkəzindən bildirildi ki, burada qiymətlər tarif şurası tərəfindən müəyyənləşir. Hazırda bununla bağlı dəyişiklik yoxdur. Qeyd edək ki, III ixtisas qrupunda DT və ya TC altqrupu üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.



Xəbər 2922 dəfə oxunub.





15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +