Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


29.07.2025  15:15 

“Mən cəsus deyiləm, sadəcə...” — Eks-deputat DANIŞDI





A+  A-

Mediada yayımlanan iddialara görə, Rusiyanın Azərbaycandakı təsir şəbəkəsinin üzvləri arasında sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu da yer alır.

XəzərNews.az xəbər verir ki, demokrat.az məsələ ilə bağlı Elşad Mirbəşiroğlu ilə əlaqə saxlayıb.

O bildirdi ki, adının Rusiya casusları arasında hallandırılmasından çox təəssüflənib:

“Çox təəsüf edirəm ki, o cür informasiyalar yayırlar. Tamamilə əsassızdır. Mən cəsus deyiləm, sadəcə mən hər zaman Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsini istəmişəm. Rusiyada çox sayda soydaşlarımız yaşayır, iqtisadi əlaqələrimiz var, Rusiya bizim ən böyük ticarət tərəfdaşımızdır. Mən də bu məqamlardan çıxış edərək, xalqımı, dövlətimi sevdiyim üçün, onların təhlükəsizliyi baxımdan iki ölkə münasibətələrini dəstəkləmişəm və bunu heç vaxt gizlətməmişəm.

Azərbaycanın xarici siyasətinin ana xəttini nə təşkil edir? Bütün dövlətlərlə normal, konstruktiv münasibətlər qurmaq. Mən bu mövqedən çıxış etmişəm, bunu fərqli istəqamətə yozurlar. Bu ittihamı irəli sürən insan məsuliyyət daşımalıdır. Hüquq-mühafizə orqanları bunu araşdırmalıdır, çox ciddi məsələdir.

Mən hər zaman Azərbaycan-Çin münasibətlərini də dəstəkləmişəm. Sabah Çinlə Azərbaycan arasında bir problem olsa, deyəcəklər Çinin strukturları ilə əlaqədə olmuşam?
Azərbaycan Rusiya münasibətlərinin xarakteri region üçün əhəmiyyətli amildir. Bunu mən KİV-də açıq şəkildə danışmışam, deputat olanda da açıq şəkildə demişəm. Xalqımız üçün, təhlükəsizlik üçün demişəm ki, bu ölkə ilə normal münasibətlər faydalıdır.

Həmin məqaləyə fikir verdim. Orada “rus casusu” olduğu üçün vəzifədən kənarlaşdırılanlar arasında sabiq gənclər və idman naziri Azad Rhimovun adı da var. Halbuki o, vəzifədən kənarlaşdırılmayıb, vəzifədə olarkən xəstəlikdən vəfat edib. Buradan görünür ki, bu informasiya düşünülməmiş və qərəzlidir.

Hesab edirəm ki bu olduqca ədalətsiz və qərəzli mövqedir. Bu ittihamları səsləndirənlər ortaya bir fakt qoymalıdır”.

Xəbər 906 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +