Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


05.11.2021  14:08 

“3000 məhkum azadlığa çıxacaq“





A+  A-

"Ənənəvi olaraq amnistiya qərarları bayram günləri ilə bağlı qəbul olunur”.

XezerNews.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“Akta əsasən, təxminən, 3000 məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmiş 1000-dən çox şəxs, himayəsində uşağı olan, təxminən, 600 nəfər və təxminən, 100 qadın amnistiyaya düşəcək. Onu da qeyd edim ki, indidən dəqiq rəqəmləri söyləmək çətindir. Rəqəmlərin, təqribən, bu istiqamətdə olacağı gözlənilir”, - o bildirib.

Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və dörd hissədən ibarətdir: “Preambulada Şuşa şəhərinin işğaldan azad edilməsi xüsusilə vurğulanıb və burada çox ciddi arqumentlər səslənir. Birinci hissədə amnistiya şamil ediləcək şəxslərin dairəsi göstərilib. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb. Biz əminik ki, bu qərar bu gün qüvvəyə minəcək. Amnistiya müddəti 4 aydır.

Bu amnistiya aktı 16-17 min nəfərə yaxın şəxsi əhatə edəcək. Həbs formasında cəza çəkən 3000 nəfərin azad edilməsi gözlənilir”.



Xəbər 2604 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +