Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü
Müşfiqabad və 28 Mayda işıq olmayacaq
Evlər, həyətlər, Hətta küçələr də suya qərq olub... - Video
Məcburi köçkünlərə verilən müavinət dayandırılacaq
Ərdoğan Viktor Orbanla görüşüb


02.12.2025  16:55 

Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?





A+  A-

Dörd ildir ki, Rəqəmsal İqtisadiyyat Strategiyası müzakirə olunur, amma hələ də təsdiqlənməyib. Bir dəfə bu haqda yazmışdım ki, adında “rəqəmsal” sözü olan layihələrin qəbulu sanki bir tilsimə düşür, razılaşdırma prosesləri aylarla yox, illərlə uzanır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə internet məsələləri üzrə ekspert Osman Gündüz çıxış edib.

Osman Gündüz bildirib ki, Strategiyanın qəbulu Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulub:

“Xatırlayıram ki, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrupunun ilk iclası təxminən 3 il əvvəl keçirilmişdi. Bildiyimə görə, 17 dövlət qurumunun təmsil olunduğu bu qrup sənədin hazırlanması ilə məşğul idi.

Lakin artıq 4 ildir ki, bu sənədin “hazırdır”, “təsdiq mərhələsindədir” kimi məlumatlar verilsə də, hələ də qəbul edilməyib. Bu müddət ərzində həm ölkədə, həm də dünyada rəqəmsal sektorda çox ciddi dəyişikliklər baş verib. Bu qədər sürətli transformasiya dövründə adında “rəqəmsal” sözü olan bir sənədin illərlə uzanması doğru yanaşma sayıla bilməz.

Bu gün diqqətimi çəkən bir məqam oldu: İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ASAN AI Hub təqdimatında 2026–2029-cu illəri əhatə edən Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyasının artıq yekun təsdiq mərhələsində olduğunu bildirdi. Ümid edirəm ki, ölkədə biznes sektorunda rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyən bu sənədin qəbulu yaxın zamanda reallaşacaq”, -deyə O.Gündüz əlavə edib.


Xəbər 1908 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +