Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


08.12.2020  14:28 

Bütün ermənilərin katolikosu Paşinyanı istefaya çağırdı





A+  A-

Bütün ermənilərin katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, II Qaregin parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırıb.

Erməni Apostol Kilsəsinin rəhbəri müraciətində ​​Qarabağdakı müharibədən sonra xalqın ağır itki yaşadığını bildirib. Onun sözlərinə görə, çoxsaylı itkilər və Qarabağın əhəmiyyətli bir hissəsinin itirilməsi milli birliyi və həmrəyliyi pozub.

“Həyəcan verici hadisələrdən narahat olaraq Baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın Baş nazirə olan inamının aşağı olması səbəbindən və mümkün toqquşmalar və faciəli hadisələrin qarşısını almaq üçün onu səlahiyyətlərini təhvil verməyə çağırdıq” - deyə Katolikosun açıqlamasında ​​qeyd olunub.



Xəbər 3911 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +