Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


26.11.2025  15:52 

Qızıma müəyyən bənzərliyi olsa da... - Xanım deputat





A+  A-

"Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır".

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı mediada qızı Nigar Həsənovaya aid olduğu iddia edilən görüntülərə münasibət bildirərkən deyib.

"Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir.

Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.

Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir.

Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.

Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram", - deyə Günay Ağamalı vurğulayıb.

Xəbər 1284 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +