İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı
Ermənistan KTMT-dən de-fakto uzaqlaşıb - Politoloq
Özünü yandıraraq keçiddən atmaq istədi


20.10.2017  23:11 

“Şeyx Həmzət” azadlığını 3,6 milyon avroya satın aldı





A+  A-

Niderland məhkəməsi, oktyabrın 18-də çeçen kriminal avtoritet, oğru dünyasında “Şeyx Həmzət” adı ilə məşhur olan Həmzət Qastəmirov və onun yaxın adamları girov və yüksək vergi ödəyicisi olan üç biznesmenin zəmanəti müqabilində azadlığa buraxıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “Sputnik Azərbaycan”a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Qastəmirov öz azadlığına görə, məhkəməyə 3,6 milyon avro ödəməli olub.

Xatırladaq ki, Hollandiya hökuməti çeçen əsilli kriminal avtoriteti saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edib. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, “Sxiphol” hava limanı yaxınlığında əməliyyat həyata keçirərək, kriminal avtoriteti və onun adamlarını saxlayıblar.

Ötən gün Amsterdamda “Ümumavropa oğru kassasının nəzarətçisi” adlandırılan “qanuni oğru” Qastəmirovun məhkəməsi baş tutub.
Şeyx Həmzət diqqət mərkəzinə 22 avqustda, 2016-cı il avqustun 17-dən 18-nə keçə gecə İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qəbrini ziyarət etmək və onun il mərasiminə qatılmaq üçün gəldiyi Azərbaycandan uçarkən düşüb. Əvvəlcə onun harada olduğu barədə informasiya olmayıb.

Lakin bir müddət keçəndən sonra o, eləcə də aralarında 8 cangüdəni və yaxınlarının da olduğu 13 nəfər Amsterdamın “Sxiphol” hava limanı yaxınlığında saxlanılıb. Ehtimal var ki, Qastəmirov və adamlarının Amsterdam ərazisində olduğunu bilən Rövşən Lənkəranskinin düşmənləri onları Niderlandın xüsusi xidmət orqanlarına satıblar.

Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Frank Müller markalı saat olub. Bununla yanaşı hüquq mühafizəçiləri saxlanılan digər şəxslərdən 6 tapança və 4 ədəd “Kalaşnikov” tipli avtomat tapıblar. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Qastəmirov elə dünən, həbsdən çıxan kimi dərhal son illər yaşadığı Almaniyaya uçub.

Xəbər 3288 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +