Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir


01.04.2018  19:27 

Şamaxıda ağır qəza - 4 tələbə yaralanıb





A+  A-

Şamaxıda minik avtomobili kəndin girişində yol nişanına çırpılıb, 4 tələbə xəsarət alıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Məlhəm kəndi ərazisində baş verib.

"VAZ 21014" markalı "90 HO 284" dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil Məlhəm kəndinin girişində məlumat lövhəsinə çırpılıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev Elmar Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.

Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3141 dəfə oxunub.



29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +