“Şərq-Qərb” ASC dövlət qarşısında borcunu ödəməyə məcbur edilib
Gəlin, Gəncə şəhərinə sahib çıxaq! - Deputatdan ÇAĞIRIŞ
Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
“Sovetski“ ərazisindən ailələr niyə köçürülür?
Sabahın havası açıqlandı
4 avtomobil toqquşdu – Dərnəgül yolunda qəza
AFFA “Neftçi“ klubunu cərimələyib
Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır -Prezident
“İmamoğlu işi“: Tanınmış jurnalistlər saxlanıldı
Təhsil müdirinə şiddətli töhmət verildi


08.04.2018  12:16 

1 manatlıq “dönər+ayran”nın keyfiyyətinə kim zəmanət verir?





A+  A-

Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5 manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə, metro çıxışlarında 1manat - 1 manat 50 qəpiyə də rats gəlmək mümkündür. Xüsusilə dana ətinin 1 kiloqramının 10 manat 50 qəpik, toyuq ətinin 1 kiloqramının 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq “ayran+dönər”lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır.
Hərçənd Qida Təhlükəsizliyi Agentliyi rəsmi yaydığı açıqlamada bu barədə quruma hər hansı şikayət daxil olmadığını açıqlayıb. Hətta dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddialarını əsassız hesab edir.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qiymət fərqinin ciddi məqamlardan xəbər verdiyi qənaətindədir:

“Bizim istəyimiz qiymətlərin əhalinin cibinə uyğunlaşdırılmasıdır. Amma ətin qiymətinin baha olduğu bir vaxtda içi ətlə dolu çörəyin, üstəgəl ayranın ümumilikdə 1 manata satılması və məhsulun keyfiyyətli olması inandırıcı görünmür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi tərəfindən mundar at, eşşək ətlərinin müsadirə olunduğunu görürük. Demək hüquq mühafizə orqanlarına yaxalanmayanlar həmin ətlərdən öz məqsdələri üçün istifadə edirlər. Ələ keçirildikləri halda isə cəmi 200 manat cərimə ödəməklə işlərini etdirirlər”.

Hüquq müdafiəçisi bildirib ki, dönərxanaların əksəriyyəti sertifikatla təmin olunub:

“Bu sahədə özbaşınalıqdır. Kimə, necə gəldi sertifikatlar verilib. 3 il bundan əvvəl dönərlərin standartı hazırlanmılşdı. Dönərləri təmiz ətdən hazırlayan və şəbəkələrə paylayan müəssisə müəyyən olunub. Həmin müəssisədən alınıb-alınmamasını bilmək üçün istehlakçı sertifikat tələb edə bilər. 85 faiz dönərxanalarda həmin sertifikat mövcuddur. Lakin təəssüflər olsun ki, bu obyektlər sözügedən şirkətlə işləmir”.

E.Hüseynov deyib ki, yeni yaranan agentlik bu məsələlərə ciddi nəzarət etməlidir.

Xəbər 3742 dəfə oxunub.




06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək

06.11.2025  11:17 

Unutmayacağımız gecə...


BÜTÜN XƏBƏRLƏR +