Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


23.07.2021  14:16 

Pandemiyanın daha bir qorxulu nəticəsi ilə üzləşəcəyik - ÜST





A+  A-

“Dünya hazırda digər təhlükəli xəstəlikləri unudaraq koronavirusla mübarizə aparır”.
XəzərNews.az xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun hesabatında yer alıb.

Hesabata əsasən, bir il ərzində uşaqların qızılca, göy öskürək və digər xəstəliklərə qarşı peyvənd olunma templərində geriləmə qeydə alınıb.

Mütəxəssislərin məlumatlarına görə, ötən il 23 milyon uşaq əsas xəstəliklərə qarşı immunizasiya ilə əhatə olunmayıb.

ÜST-nin hesabatında qeyd olunur ki, dünyada 17 milyon uşaq heç bir vaksin qəbul etməyib, 66 ölkədə isə 57 kütləvi peyvənd kampaniyası təxirə salınıb.

Bununla yanaşı, təqribən 22,7 milyon uşaq difteriya, tetanus və göy öskürəyə qarşı peyvəndin ilk dozasını qəbul etməyib. Qızılcaya qarşı vaxtında peyvənd olunmayan uşaqların sayı isə 3 milyon artaraq 22,3 milyona çatıb.

ÜST, həmçinin xəbərdarlıq edir ki, bu, gec və ya tez xəstəliklərin genişmiqyaslı artımı və çox sayda qurbanların olması ilə nəticələnə bilər.

Xəbər 1761 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +