Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


11.06.2018  17:25 

Bakı metrosunda insident





A+  A-

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “28 May” stansiyasında qolu yaralanan azyaşlının vəziyyəti yaxşıdır.
XəzərNews.az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini əvəz edən Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə “28 May” stansiyasında baş verib: “Qatarın qapısı açılan zaman uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.

Sərnişinlərin köməyilə qapı açılıb və uşaq dərhal stansiya rəisinin otağına aparılıb. İlkin yardım göstərilib. Daha sonra təcili tibbi yardım çağırılıb və uşaq xəstəxanaya aparılıb”.

Bəxtiyar Məmmədov qeyd edib ki, uşağın vəziyyəti normaldır: “Anası bizimlə əlaqə saxladı və uşağa qayğı göstərildiyi üçün təşəkkür etdi. Bu bizim üçün vəzifə borcudur”.

Xəbər 1400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +