“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


18.12.2024  16:42 

Daha bir estetik əməliyyat faciəsi – Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO





A+  A-

Azərbaycanda plastik cərrahiyyənin qurbanlarının sayı günbəgün artır. Pasiyentlər özünü plastik cərrah kimi təqdim edən həkimlərin və qanunsuz əməliyyatların açıq bazarı olan bir sıra özəl klinikaların daha çox qazanmaq hərisliyinin qurbanı olur

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, özü ixtisasca həkim olan, müəyyən səbəblərə görə adının açıqlanmasını istəməyən pasiyent "MedAura" klinikasına üz tutduğu gündən həyatı cəhənnəmə dönüb.



Belə ki, klinikanın baş həkimi, özünü peşəkar “plastik cərrah” kimi təqdim edən Nigar Məhəmmədova xəstəni əməliyyata alıb.

Pasiyent deyir ki, o, sadəcə burnunun ucundakı ətliliyin incəldilməsini istəyib:

"Dedilər, burda çətin bir iş yoxdur. Qiymət də münasib idi. Amma nəticədə burnumu elə kəsdilər ki, uc hissə demək olar qalmadı. Burnum atrofiya oldu, əyildi, toxumada nekrotik hal yarandı. Sağaldıqca daha da atrofiyalaşdı. Bir müddət mübahisədən, mübarizədən sonra ikinci əməliyyatı etdilər. Guya düzəldəcəkdilər. Amma bu dəfə də uğursuz oldu və həmin klinikada mənim ikinci əməliyyatımı edən iranlı həkimin də sonradan Lor həkim olduğunu öyrəndim”.

Bu əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi hüç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, "burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə”...



Şikayətçinin sözlərinə görə, sonradan Baş həkim Nigar Məhəmmədova rəsmi məktub imzalayaraq, kompensasiya məqsədilə əməliyyata verdiyi pulu qaytaracağını bildirib. Lakin zərərçəkmiş təkrar rekonstruktiv əməliyyat üçün hansı cərraha üz tutursa, ya imtina edirlər, ya da 7-8 min manat tələb olunur. Baş həkim isə bu xərci ödəməyəcəyini bildirib. Üçüncü rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib:

“Hələ də reabilitasiya keçirəm, burnumda ciddi çapıqlar var. Burnum daha heç vaxt sağlam olmayacaq”.

Beləliklə, sadə bir əməliyyatın yanlış aparılması nəticəsində pasiyent daha 2 dəfə əməliyyat keçirməli olub, ağır psixoloji və mənəvi sress keçirib, görünüşünə, eləcə də sağlamlığına ciddi xələl gəlib. Hazıra onun üzü və burnunda kobud çapıqlar qalıb. "MedAura" klinikası isə sadəcə, əməliyyat üçün aldığı 3000 manatı qaytarmaqla işi bitmiş hesab edib.



Plastik cərrah kimi fəaliyyət göstərmək icazəsi olmayan həkimlər çoxdur. Nigar Məhəmmədovanın sertifikat və diplomunda nə yazıldığı isə məlum deyil. Səslənən ittihamlara gəlincə, o, baş verən hadisənin faciə olmadığını bildirib:

"Belə hadisələr olur. Biz ona dedik ki, başına belə hadisə gələn pasiyentlərimizi yarı yolda qoymuruq. Təklif etdik ki, üçüncü əməliyyat üçün həkimlər çağıraq. O isə razı olmadı, gedib başqa həkim tapdı. Həmin həkimin pulunu ödəmək kimi bir öhdəliyimiz yoxdur. Biz yalnız aldığımız pulu qaytara bilərik".




Xəbər 408 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +