20.12.2024 17:27
CIFFT turizm filmləri üçün yeni müsabiqəni elan edir
İlboyu davam edən müsabiqədən sonra 2024-cü ilin ən yaxşı turizm filmləri İspaniyanın Valensiya şəhərində keçirilən Dünya Turizm Filmləri Festivalında açıqlanıb. Tədbir Beynəlxalq Turizm Film Festivalları Komitəsi (CIFFT) tərəfindən BMT-nin Turizm Təşkilatının dəstəyi ilə təşkil olunub. Beş tematik kateqoriya və iki xüsusi mükafat – CIFFT “Xalqın Seçimi” mükafatı və CIFFT Turizm Mətbuatı Mükafatı ilə bu filmlər 2024-cü il üçün turizm təbliğatında ən dəyərli filmləri təmsil edib
Təşkilat komitəsi qeyd edib ki, dünyanın təsəvvürünü fəth edən videohekayələr turizm marketinqində güclü bir vasitə kimi öz dəyərini isbatlayıb.
CİFFT-dən Xəzərnews.az-a verilən məlumatda bildirilir ki, dünya, turizm brendləri və destinasiyalar bu vasitədən istifadə edərək insanlarla əlaqə saxlayıb, səyahətə ilham verib və unikal təcrübələri vurğulayıb. “Heyrətamiz görüntülər və cəlbedici povestlər vasitəsilə bu videolar ənənəvi reklamdan kənara çıxdı, qlobal auditoriyanı innovativ üsullarla cəlb etdi”.
Təşkilat bildirir ki, turizmin təşviqində yaradıcılıq və effektivliliyi təşviq edən bu istehsallar marketinq alətlərindən daha çox turizmi formalaşdıran tendensiyaları və prioritetləri əks etdirir.
Müsabiqənin nəticələri aşağıdakı kimidir:
“Şəhər tanıtımı” kateqoriyasında birinci yerə iki film layiq görülüb:
1-ci yer: “Nazare - Həyatdan Böyük” (Portuqaliya);
1-ci yer: “Vroslav: Macəra şəhəri” (Polşa);
“Şəhər tanıtımı”nda digər qaliblər:
2-ci yer - "Beləliklə, hekayə başlayır" (Yaponiya);
3-cü yer - "Əməliyyat 4" (Xorvatiya);
4-cü yer - "La esencia que permanece" (İspaniya);
5-ci yer – “Möhtəşəm Caldas da Rainha” (Portuqaliya);
“Bölgə Təşviqi: Sərhədlərdən kənar hekayələr” kateqoriyası cəlbedici vizual və rəvayətlər vasitəsilə regionların fərqli cazibəsini vurğulayır.
Kateqoriya üzrə 1-ci yer: “Albertalı olmaq” (Kanada);
2-ci yer - "Öz filmini çək" (Xorvatiya);
3-cü yer – “Şübhəsiz ki, şimaldandırlar” (Portuqaliya);
4-cü yer – “Bu, cəmi 3 gündür” (Portuqaliya);
5-ci yer – “Ən yaxşı Alp dağları” (Avstriya);
“Ölkənin təşviqi: Milli qüruru ruhlandırmaq” kateqoriyası təbii gözəlliyi, mədəni irsi və simvolik xüsusiyyətləri birləşdirərək xalqların mahiyyətini nümayiş etdirir:
1-ci yer: “Mükəmməl kadr” (İsveçrə) – bu YouTube seriyası filmi kinematik vizuallar və cəlbedici povest vasitəsilə İsveçrənin mənzərələrini əks etdirir;
2-ci yer – “İsveç (İsveçrə deyil)” (İsveç);
3-cü yer – “Trevor Noah ilə Cənubi Afrikada turizm” (Cənubi Afrika);
4-cü yer: “Sinqapurda hazırlanıb” (Sinqapur)
4-cü yer: “Peru Vau” (Peru)
5-ci yer – “Bizim hisslərimiz üçün payız” (İsveçrə)
“Turizm Məhsulları: Gözləyən Macəralar” kateqoriyası- hədəfi həyata keçirən xüsusi təcrübələrə, fəaliyyətlərə və ya attraksionlara diqqət yetirir, ziyarətçilərə yaddaqalan sərgüzəştlər təklif edir:
1-ci yer: “Ömür boyu səyahət” (İsveçrə) -Roger Federer və Trevor Noahın rol aldığı bu film İsveçrənin dəmir yolu səyahəti zamanı nəfəs kəsən mənzərələri nümayiş etdirir;
2-ci yer – “Skypainter” (Kanada);
3-cü yer – “Seçdiyimiz mənzərə” (Portuqaliya);
4-ci yer – “Bağdan Cənnətə #TasteSlovenia” (Sloveniya);
5-ci yer – “Santyaqoya Portuqaliya Mərkəzi Yolu” (Portuqaliya);
“Turizm xidmətləri: Artan təcrübələr” kateqoriyası:
1-ci yer: “NURI: Balıqçının qızı” (Portuqaliya);
2-ci yer – “Azal təhlükəsizlik videosu” (Azərbaycan);
3-ci yer – “Hamad Beynəlxalq Hava Limanı Kampaniyası” (Qətər);
4-cü yer – “Dünyadan uzaqda - A Bley Evasion Story” (Fransa);
5-ci yer – “Bir-birinə bağlı” (Portuqaliya);
CIFFT Turizm Mətbuat Mükafatı: Roger Feder və Trevor Noahun çəkildiyi və İcveçrənin unudulmaz qatar macərasından bəhs edən “Ömür boyu səyahət” filminə verilib;
“Xalqın səsi” Xüsusi mükafatı Portuqaliyada istehsal olunan "Biz hiss etdiyimiz kimiyik" videosu layiq görülüb.
“CIFFT Circuit 2025” hazırda peşəkar və həvəskar rejissorları turizmin təşviqinə həsr olunan yaradıcı baxışlarını nümayiş etdirməyə və qlobal tanınmaq üçün yarışmağa dəvət edir.
Təranə Məhərrəmova
Xəbər 179 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|