Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


08.02.2022  15:59 

Kəbin mehriyyəsiz kəsilsə, düzgündürmü?





A+  A-

Mehriyyə qadına Allah tərəfindən verilmiş bir hüquqdur.

Mehriyyə qadının şəxsi malı sayılır və ondan öz istədiyi şəkildə istifadə etmək haqqına malikdir. Mehriyyənin əsas faydası ondan ibarətdir ki, qadın talaq aldığı təqdirdə, ikinci dəfə ərə gedənə və ya öz həyatını qurana kimi həmin pulla dolanışığını təmin edə bilsin.

Kəbin kəsilən zaman mehriyyənin miqdarı qarşılıqlı razılıq əsasında təyin edilməlidir.

Əgər kəbində mehriyyənin miqdarı konkret təyin edilməmişsə, qadının qohumları olan və sosial status baxımından ona tay sayılan digər qadınların mehriyyəsi meyar kimi qəbul edilir. Kəbini mehriyyəsiz oxumaq şəriət baxımından düzgün deyil. Az və simvolik məbləğdə də olsa, mehriyyə təyin edilməlidir.

Qadın öz istəyi ilə mehriyyəni almaqdan imtina edə bilər və ya mehriyyəni aldıqdan sonra onu yenidən kişiyə qaytar bilər./islam.az

Xəbər 1869 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +