Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


17.06.2020  16:43 

Qırğızıstanda yeni hökumət quruldu





A+  A-

Qırğızıstanda parlamentin səsverməsi nəticəsində ölkənin yeni Baş Naziri 56 yaşlı Kubatbek Boronov seçilib.
XəzərNews.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin Baş Naziri Məhəmmədkalıy Abılqazıyev barəsindəki korrupsiya iddialarına görə vəzifəsindən istefa verdikdən sonra 120 yerlik parlament yeni Baş Nazirin seçilməsi və hökumətin qurulması üçün toplanıb. Səsvermə nəticəsində Kubatbek Boronov ölkənin 31-ci Baş Naziri seçilib.

Boronov parlamentdəki çıxışında iqtisadi sabitliyin qorunması, koronavirusa (COVID-19) qarşı mübarizə və parlament seçkilərinin təşkilinin hökumətin qabağında duran qabaqcıl məsələlər olduğunu bildirib. İclasda, həmçinin hökumət proqramı, quruluşu və Nazirlər Kabinetinin tərkibi də səsverməyə qoyulub.

Nazirlər Kabinetində boş qalan yerə Almazbek Baatırbekov, Rabitə və İnformasiya Texnologiyaları Dövlət Komitəsi sədri vəzifəsinə isə Altınbek İsmailov təyin olunub.

Xəbər 1868 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +