Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO
Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi
Zelenski Türkiyəyə səfər edəcək
“Baku Electronics“ Çin mallarını yapon adı ilə satırmış
Dünyada internetin sürətinə görə geridəyik
“Aztelekom“ 2,4 milyon manata nə alır?
“Kontakt Home” qanun pozuntusuna yol verib
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız


18.11.2025  09:59 

General Zeynalova 28 səhifəlik ağır ittiham





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, kapitanın 28 vərəqlik yazılı müraciəti “Qafqazinfo”ya göndərilib.

FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.

Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub. O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca Raulun təşəbbüsü ilə həbsə atılıb: “Mən bu gün Raul Zeynalova görə həbsdəyəm. Sifarişçi odur. Digər zərərçəkmişlər də məhz onun ssenarisi ilə mənə qarşı ifadə veriblər. Gənc yaşlarımdan xurma alveri ilə məşğul olmuşam. Kasıb oğlan idim, bu alverlə dolanırdım. Raul Zeynalov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini keçəndən sonra mənim bu işlə məşğul olduğumu öyrəndi. Yanına çağırıb dedi ki, mən alverin üçün sənə böyük məbləğdə pullar verə bilərəm. Amma faizə verdiyi üçün rəsmi müqavilə bağlamadıq. Müxtəlif vaxtlarda ondan böyük məbləğdə pullar götürdüm, faizi ilə geri qaytardım. Dediyim kimi faizi ilə… Bir neçə dəfə də onun qardaşı Nofəldən pul götürüb faizi ilə geri qaytarmışam. Yeri gəlmişkən, Raul mənim verdiyim faiz pulla qardaşına avtomobil də almışdı. Amma şikayətində yazıb ki, mən onu aldatmışam, dələduzluqla 1 milyon manata yaxın pulunu ələ keçirmişəm. Məni ilk dəfə prokurorluğa çağırandan sonra ona zəng etdim, nə baş verdiyini soruşdum. Raul Zeynalov “Sənin başına hələ çox oyunlar açacağam. Gətir gizlətdiyin pulları ver. Yoxsa nə səndən, nə ailəndən əl çəkənəm. Hamısını həbs etdirəcəyəm”, - deyərək mənə hədə-qorxu gəldi. Hətta o və yanında gətirdiyi iki “zərərçəkmiş” üstümə hücum çəkib qolumu burdular. Həbs olunduğum gün də mənim pulumla aldığı maşında oturub gülürdü”.

Kapitan bildirib ki, 2 il ərzində Raul Zeynalova külli miqdarda pul qazandırıb. Məhz bu pullar hesabına general özünə və yaxınlarına lüks avtomobillər alıb: “Mənim hesabıma qazandığı pulları əyləncəyə xərcləyirdi. Bəzi hallarda xidməti otağına qadınları çağırırdı. Nazirliyin adına xələl gətirən hərəkətlər etdiyinə görə də axırda nazirin əmri ilə vəzifəsindən azad edildi”.

Təqsirləndirilən kapitan digər zərərçəkmişləri elə R.Zeynalovun öyrətdiyini deyir. Onlardan biri də FHN-də şöbə müdiri işləmiş polkovnik-leytenant Yasin Muradovdur. Muradov da bir müddət ona faizlə pul verib.

Kapitan hətta generalı xaricdə yaşayan söyüş müxalifəti ilə əlaqəsinin olması ilə ittiham edib. Həmin bloqerlərdən biri vasitəsilə ona qarşı internet üzərindən qarayaxma aparıldığını müraciətində qeyd edib. O, dörd divar arasından yazdığı müraciəti ilə ictimaiyyətin diqqətini bu məsələyə çəkməyi, cinayət işinin dərindən araşdırılmasını istəyir.

Qeyd edək ki, iş hazırda Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılır. A. Bayramova xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilmiş ittiham sübuta yetirilsə, onu 14 ilə kimi həbs gözləyir.

Xəbər 272 dəfə oxunub.




18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +