TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


10.10.2025  12:51 

Deputat Ramil Həsən mandatından imtina edib





A+  A-

Milli Məclisin deputatı Ramil Həsən mandatından imtina edib.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, parlamentin bugünkü iclasında bildirib.

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.

O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib.

"Biz artıq 5 ildən biraz çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki, bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin və Sahibə xanım, sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam. Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləmədiyimizdən asılı olmadan ölkəmizə və millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq".

Xəbər 4028 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +