Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


29.06.2018  12:16 

İş axtaran müəllimlərin imtahanı iyulun 16-dan başlayacaq





A+  A-

“Müəllimlərin işə qəbulu üzrə ikinci mərhələ - test imtahanı mərhələsinə iyulun 16-dan start verilməsi planlaşdırılır”.
XəzərNews.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul imtahanlarının avqustun 1-2-nə kimi yekunlaşdırılması nəzərdə tutulur:

“İkinci mərhələdən sonra vakansiya seçimi mərhələsi başlayacaq ki, bu da avqustun ilk yarısında yekunlaşdırılacaq. Vakansiya seçimindən sonra başlayan yerləşdirilmə zamanı bal prinsipi əsas götürüləcək”.

M.Camalzadə onu da vurğulayıb ki, ötən il rekord sayda - 50 minə yaxın namizəd müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün qeydiyyatdan keçmişdi və bu il də çoxlu sayda namizədin müraciət etməsi gözlənilir:

“Ümumiyyətlə, 2013-cü ildən etibarən müəllimlərin işə qəbulu prosesində iştirak edənlərin sayı getdikcə artır. Məncə, bunun əsas səbəbi cəmiyyətdə müəllim peşəsinin nüfuzunun artması ilə əlaqəlidir”.

M.Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu prosesində köklü dəyişiklik yoxdur.

“Hazırda vakansiyaların toplanması prosesi gedir. Vakansiyaların toplanması zamanı kvota müəyyən etmirik. Harada zəruri ehtiyac varsa, o yerlərə vakansiya çıxarılır”.

Qeyd edək ki, iyulun 2-dən 8-dək Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Xəbər 3585 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +