Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


10.08.2017  16:23 

Səməd Vurğunun ailəsi “Oba“nı məhkəməyə verəcək





A+  A-

"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub.
XəzərNews.az PrimeTime.Az-a istinadən xəbər verir ki, reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb.

Məsələ ilə bağlı sayta açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik".

Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib. Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.

Xəbər 2859 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +