Əsabil Qasımov Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş


03.02.2017  10:37 

İqbal Ağazadə: “Araz Əlizadə ağlını itirib”





A+  A-


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Modern.az saytına verdiyi müsahibə rezonans doğurub.

Araz Əlizadə qeyd edib ki, erməni qara yarasını Azərbaycanın üzərinə salan Osmanlı imperiyası olub.

“Uşaqlarımız, gənclərimiz bilsinlər ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil.

Biz desək ki, Osmanlının sayəsində  Azərbaycan ərazisində Ermənistan dövləti yaranıb, çıxıb deyəcəklər ki, bunu ingilislər təkid edirdilər.

1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki, Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər.

Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi... Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”-deyə o bildirib.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə isə Araz Əlizadəni sərsəmləməkdə ittiham edib.

XəzərNews.az-ın Modern.az-a istinadən məlumatına görə, İqbal Ağazadə bildirib:

“Bu adam ciddidən ağlını itirib. Bu, nə sərsəmləmədir?”-deyə o qeyd edib.



Xəbər 3574 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +