Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


28.03.2024  23:44 

Aİ Ermənistandakı missiyası NATO missiyasına çevrilir -Lavrov





A+  A-

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

Xəzərnews.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, indi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər.

Lavrov vurğulayıb ki, Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır:

“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.

Rusiyanın xarici işlər naziri əlavə edib ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub.

O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib.//Modern.az


Xəbər 5400 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +